Separatçılar təsdiqlədi: Ordumuz irəliləyib, vəziyyət isə…
Siyasət 25 Mar 2023 22:26:00 385 0
Xankəndindəki separatçılar Azərbaycan Ordusunun Şuşa-Turşsu istiqamətində irəlilədiyini təsdiq edir.
Bu xəbəri də oxu: ICESCOnun Baş direktoru İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
"Erməni deputat, hərbi ekspert Tiqran Abramyan deyir ki, Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Qarabağ üçün (separatçıları nəzərdə tutur - red.) strateji əhəmiyyət daşıyan yol nəzarətə götürülüb: "Azərbaycanlılar əvvəlki mövqelərinə qayıtmasa, Qarabağda (separatçılar üçün) vəziyyət hər cəhətdən pisləşəcək".
Separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək amildir", - o bildirib.
Asif Nərimanlının sözlərinə görə, bu gün atılan addımlar Qarabağda artıq müdaxilə dövrünün başladığı deməkdir:
"Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb: söhbət Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolundan gedir;
İkincisi, bu, Azərbaycan Ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq.
Separatçıların səngər qazmaq cəhdinin qarşısı da alınıb".
İyulun 1-dək Belarusda taktiki nüvə silahları üçün anbar tikiləcək.
"Çöp adam" serialının ulduzu Sedef Avcının fotoşopdan istifadə
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) agentliyin baş direktoru Rafael Qr
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq ü�
Ayrılıq xəbərləri ilə gündəmdə olan aparıcı İlkin Həsəninin həyat
"Yer kürəsində güclü maqnit qasırğası üçüncü gündür, davam ed
Martın 25-də Ermənistanın müdafiə naziri Suren Papikyan qadın alayı üç
Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evl
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti ye
Novruz bayramına görə rayondan qohumlarının evinə altı ədəd kütüm bal
AB yaxın iki ay ərzində Rusiyaya qarşı növbəti, 11-ci sanksiyalar paketin
Rus ordusu Donetsk vilayətində Çasov Yar və Toretsk şəhərlərini atəşə
Limonun turş və xoş ətri zehni təzələyir, immunitetə müxtəlif viruslar