Brüsseldə azərbaycanlılar İranla bağlı bəyanat qəbul etdilər


Digərləri 25 Mar 2023 20:24:00 321 0

Brüsseldə azərbaycanlılar İranla bağlı bəyanat qəbul etdilər

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə "Azadlıq və ədalət yürüşü" adlı mitinq baş tutub.

Son.az xəbər verir ki, Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından musavat.com-a bildirilib ki, aksiyanın əsas şüarı "Azadlıq, ədalət və milli hökumət"dir.

Qeyd olunub ki, hazırda Güney Azərbaycanda da əsas şüar məhz budur: "Bizim bütün tələblərimizi bu şüar əhatə edir. Azadlıq, ədalət və təbii ki, milli hökumət, milli hakimiyyətimizin yenidən təsis olunması millətimizin əsas istəyidir ki, Brüsseldə keçiriləcək mitinqdə elə bu tələblə çıxış edəcəyik. Mitinqə Cənubi Azərbaycanda, Şimali Azərbaycanda, Türk ölkələrində, Avropada yaşayan minlərlə soydaşımız qatılıb".

Təşkilatdan bildirilib ki, bu mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətini, yurd içində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmən qardaşlarımızı, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdir. Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıyır. İran açıq şəkildə Azərbaycanı müharibə ilə təhdid edir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan-Türkiyə birliyinin qarşısında strateji İran-Ermənistan birliyi qurub. Bunların hamısı bizim etirazlarımıza səbəb olub. Güney Azərbaycan türkləri olaraq bunları qəbul edə bilmərik.

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə keçirilən "Azadlıq və ədalət yürüşü" iştirakçıları bəyanat qəbul ediblər.

Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından verilən məlumata görə, bəyanatda deyilir:

"Yüz ilə yaxındır ki, İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər. Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya, tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar və bir sözlə varlığı talan edilmiş və onların hər hansı bir haqq hüquq tələbi uğrunda başlatdığı hərəkatları ən şiddətli şəkildə repressiyaya məruz qalmışdır.

Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan Türk Millətinə və İranın digər Türk toplumlarına ən ağır təzyiqlər göstərmiş, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxmışdır. Azərbaycan Türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu.

Məşrutə İnqilabından bu yana davamlı olaraq öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan Türk Milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə yox demiş, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri qanunun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və repressiyadan başqa bir şey olmamışdır.

Hazırda İslam Respublikası rejiminin iflas həddinə çatmışdır və hər cür böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan ediblər. Son aylardakı etirazlarda Azərbaycan Türk Milləti və digər Türk toplumlar, Qaşqay Türklərindən tutmuş Tehran, Qəzvin, Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizə yolunda qurban veriblər.

Bu gün İranda bütün məzlum xalqlar ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər.

Səbəbsiz deyil ki, bu gün dünyanın gözü İran xalqlarındadır və dünya onların mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymət verir. Hərçənd bu inqilabda da ayrı-seçkilik və ikili standard az deyildir. Xüsusən də mürtəce bir cərəyanın inhisarında olan xaricdəki farsdilli mediasının məzlum xalqlara xüsusən də Güney Azərbaycan Türk Millətinə qarşı ritorikası onların mübarizələrini boykot etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət götürmür.

Son aylarda beynəlxalq sahədə, o cümlədən Türk Dövlətləri Təşkilatında Güney Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət adamı Prezident İlham Əliyev olmuşdur. Biz buradan prezident cənablarından təşəkkür edib minnətdarlığımızı bildiririk və möhtərəm prezidentdən Güney Azərbaycanın səsini daima əks etdirməsini, beynəlxalq sahələrdə haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik.

Bu gün Güney Azərbaycan şəhərlərinin küçələrində "Azadlıq, Ədalət, Milli Hökumət" şüarı ilə həyatları bahasına hüquqlarını bağıran gənclərin səsi olmaq üçün buraya toplaşmışıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da ancaq hər bir xalqın öz tələbləri vardır. Güney Azərbaycan Türklərinin başlıca tələblərinin bu bəyanat vasitəsilə elan edirik:

1- Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağı tələb edirik.

2- Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyirik və bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik. Ona görə də, biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vazkeçib ciddi qabaqlayıcı tədbirlər görmələrini tələb edirik.

3- İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs edib. Aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz beynəlxalq ictimaiyyat və insan haqları təşkilatlardan İranda həbsdə olanların azad edilməsi üçün İran rejiminə qarşə təzyiq göstərməyi vəbu istiqamətdə lazimi atdımları aparmağı tələb edirik.

Ətsiz kotlet resepti: Həm sərfəli, həm də ləzzətli  VİDEO like
  • 25 Mar 20:18  
Digərləri Ətsiz kotlet resepti: Həm sərfəli, həm də ləzzətli VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı
Muharrem İnce prezident seçkilərində 3cü namizəd oldu like
  • 25 Mar 20:11  
Dünya Muharrem İnce prezident seçkilərində 3cü namizəd oldu

Türkiyənin Memleket Partiyasının sədri Muharrem İnce prezidentliyə namiz�

arrow Ətraflı
"Rusiyaya başa salmalıyıq ki..." like
  • 25 Mar 20:04  
Dünya "Rusiyaya başa salmalıyıq ki..."

Qərb Ukraynaya uzunmüddətli yardıma köklənməlidir.

arrow Ətraflı
Türkiyəli nazir İRƏVANDA like
  • 25 Mar 19:57  
Dünya Türkiyəli nazir İRƏVANDA

Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Ermənistan və Türki

arrow Ətraflı
Diqqət: Yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 25 Mar 19:50  
Digərləri Diqqət: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Martın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq

arrow Ətraflı
Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş...  VİDEO like
  • 25 Mar 18:48  
Kriminal Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş... VİDEO

Ötən il Gəncədə küçədə arvadını öldürən 38 yaşlı Rauf Vəliyevin

arrow Ətraflı
"Qızımın gələcəyi üçün onu bağışlamışam" like
  • 25 Mar 18:36  
Şou-biznes "Qızımın gələcəyi üçün onu bağışlamışam"

"İnsan həyat yoldaşı, ailəsi üçün çabalamamalıdır. Kiməsə gör

arrow Ətraflı
“Qardaş Köməyi platforması” nümayəndə heyəti növbəti dəfə Türkiyədə  FOTO like
  • 25 Mar 18:22  
Digərləri “Qardaş Köməyi platforması” nümayəndə heyəti növbəti dəfə Türkiyədə FOTO

Türkiyədə fevralın altısında baş verən dağıdıcı zəlzələdən sonra

arrow Ətraflı
Medvedev Rusiyanın bəzi qurumlarının müharibəyə hazır olmadığını etiraf etdi like
  • 25 Mar 18:12  
Digərləri Medvedev Rusiyanın bəzi qurumlarının müharibəyə hazır olmadığını etiraf etdi

Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının

arrow Ətraflı