Nazirlik Oqtay Əliyevin vəfatı ilə əlaqədar nekroloq yayıb


Digərləri 22 Mar 2023 21:40:00 171 0

Nazirlik Oqtay Əliyevin vəfatı ilə əlaqədar nekroloq yayıb

Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev 22 mart 2023-cü il tarixində avtomobil qəzasında vəfat edib.

Son.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı yaydığı nekroloqda bildirilib.

"Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.

1983-1985-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı Şəhər Mədəniyyət İdarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Televiziyasında "Virtuoz" adlı layihənin prodüseri kimi fəaliyyət göstərib.

1990-cı ildə "Ər və arvad" (M.Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (P.Pançiyev) pyeslərinin quruluşçu rejissoru və yaxud ssenari müəllifi olub. O, 1995-ci ildə A.Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.

Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor "Əməkdar mədəniyyət işçisi" fəxri adına (2020), "Humay" milli mükafatına və s. təltiflərə layiq görülüb.

İstedadlı sənət adamı, səmimi insan Oqtay Əliyevin əziz xatirəsi qəlblərdə yaşayacaq.

Mədəniyyət Nazirliyinin kollektivi Oqtay Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!", - deyə qeyd olunub.

Mədənizdə polip olduğunu necə bilməli? like
  • 22 Mar 21:34  
Digərləri Mədənizdə polip olduğunu necə bilməli?

Mədə polipi, bu orqanın iç divarında böyüyən xoşxassəli şişə bənz�

arrow Ətraflı
Fransanın xarici işlər naziri gələn ay Azərbaycana səfər edəcək like
  • 22 Mar 21:28  
Siyasət Fransanın xarici işlər naziri gələn ay Azərbaycana səfər edəcək

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan və Azərbaycana sə

arrow Ətraflı
Rusiya yaxında böyük hücuma keçəcək  ABŞ like
  • 22 Mar 21:22  
Dünya Rusiya yaxında böyük hücuma keçəcək ABŞ

Yaxın həftələrdə müharibədə kritik olacaq.

arrow Ətraflı
Çiçəklərin tozları və bəzi qidalar allergiyaya səbəb olur like
  • 22 Mar 21:16  
Digərləri Çiçəklərin tozları və bəzi qidalar allergiyaya səbəb olur

Yazın gəlişi ilə təbiət oyanır, əhvali-ruhiyyə yüksəlir. Təbiətin o

arrow Ətraflı
Azərbaycanın İsraildəki Səfirliyi bir həftədən sonra açılacaq like
  • 22 Mar 21:10  
Siyasət Azərbaycanın İsraildəki Səfirliyi bir həftədən sonra açılacaq

Azərbaycanın İsraildə səfirliyinin açılmasına 7 gün qalıb.

arrow Ətraflı
ABŞdə nəhəng ilanlar çoxalır like
  • 22 Mar 21:04  
Dünya ABŞdə nəhəng ilanlar çoxalır

Floridanı bürümüş nəhəng pitonların çoxalmasını dayandırmaq artıq n

arrow Ətraflı
COVID19a yoluxanlar üz tanıma qabiliyyətini İTİRƏCƏKLƏR? like
  • 22 Mar 20:58  
Digərləri COVID19a yoluxanlar üz tanıma qabiliyyətini İTİRƏCƏKLƏR?

ABŞ-ın Dartmut Kollecinin alimləri müəyyən ediblər ki, COVID-19 üzləri

arrow Ətraflı
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı like
  • 22 Mar 20:55  
Digərləri Oqtay Əliyevin öldüyü qəza ilə bağlı

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüse

arrow Ətraflı
İsveç Parlamenti NATOya üzv olmağa icazə verən qanun layihəsini qəbul edib like
  • 22 Mar 20:46  
Dünya İsveç Parlamenti NATOya üzv olmağa icazə verən qanun layihəsini qəbul edib

İsveç Parlamenti NATO-ya üzv olmağa icazə verən qanun layihəsini qəbul e

arrow Ətraflı
Səhər yemək yeməyənlərə, axşam yeyənlərə like
  • 22 Mar 20:40  
Digərləri Səhər yemək yeməyənlərə, axşam yeyənlərə

Braziliyanın San-Paulu Dövlət Universitetində elm adamları səhər yeməyin

arrow Ətraflı
56 yaşlı teleaparıcı ana oldu: like
  • 22 Mar 20:35  
Dünya 56 yaşlı teleaparıcı ana oldu:

Braziliyanın ən məşhur teleaparıcılarından biri 56 yaşlı Klaudiya Rayya

arrow Ətraflı
Müdafiə Nazirliyi BƏYANAT YAYDI: like
  • 22 Mar 20:24  
Siyasət Müdafiə Nazirliyi BƏYANAT YAYDI:

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan

arrow Ətraflı
2023cü ilin trend nişan üzükləri  FOTO like
  • 22 Mar 20:22  
Digərləri 2023cü ilin trend nişan üzükləri FOTO

Evlilikdə sədaqət simvolu daşıyan üzüklər cütlüklər üçün böyük �

arrow Ətraflı