Ermənistandan ərazimizə qanunsuz hərbi yüklərin daşınması davam edir
Digərləri 21 Mar 2023 18:32:00 283 0
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.
Bu xəbəri də oxu: Bu il ATİBə 34 şirkət üzv olub Mürsəl Rüstəmov
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.
Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır.
Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilmişdir.
Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Norveç Ukraynaya səkkiz "Leopard-2" tankı və dəstək maşını ve
Saçın rəngləri dərinin, gözlərin və bir sıra digər amillərin asılı
19-cu əsrin sonunda Eyfel qülləsi üçün hazırlanmış spiral pilləkən pa
Son.az Kulis.az-a istinadən Əməkdar artist, aktyor Elçin Həmidov haqqında
Rusiyanı təcavüzə görə cəzalandırmaq üçün birgə işləməyə hazır
Kakao əsəb və xərçənglə mücadilədə önəmli vasitə hesab edilir.
Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqli
Ekoloji fəal Qreta Tunberq, Finlandiya Prezidenti Sauli Niinistö və dünyanı
Fərqli üz görünüşünə və dəri xəttinə sahib olmaq istəyən qadın v�
Rusiyanın "Kalibr NK" qanadlı raketləri dəmir yolu ilə daşınark
Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları q
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan - orucluq ayının ba
"Amazon" şirkətinin rəhbəri Endi Cessi 9 min işçisini ixtisar ed
Soyuq havalarda müşahidə olunan problemlərdən biri də əllərin üstündə