Makron populyarlığını itirib, reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb
Dünya 19 Mar 2023 21:31:00 287 0
Fransa prezidenti Emmanuel Makron seçiciləri arasında populyarlığını itirib. Onun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Bu xəbəri də oxu: Daha bir ölkə Netanyahunu həbslə hədələdi
Son.az bildirir ki, bu barədə "report" "LeJDD"yə istinadən yazır.
Reytinqin aşağı düşməsi Fransa hökumətinin pensiya sistemində islahatlar aparmaq istəməsi ilə bağlıdır. "IFOP" sosioloji xidmətinin sorğusunun (18 yaşdan yuxarı 2000-ə yaxın insan iştirak edib) nəticələrinə əsasən fransızların 70%-i bu islahatdan narazıdır və bu, Makronun reytinqinin bir ay ərzində 4 pillə aşağı düşməsinə səbəb olub.
Fransanın baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 29%-ə düşüb. Bu da onun Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə gəlişindən bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Müəyyən edilmiş pensiya yaşı həddinin hər il üç ay müddətində mərhələli şəkildə 62-dən 64-ə dəyişdiriləcəyi və bu prosesin 2030-cu ilə qədər davam edəcəyi deyilir.
İstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmə
Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı il
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin təhlükəsizlik
İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbd
ABŞ Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Szinpin arasında g
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb.
1990-cı illərdə ulduzu parlamış və bütün dünyanı öz gözəllikləri i
Yunanıstanda 2018-ci ildən bu ölkədə gizli fəaliyyət göstərən casus a�