Elza: “Ərsizlik dərdimi məndən çox el çəkir“ VİDEO
Şou-biznes 18 Mar 2023 14:34:00 982 0
Əməkdar artist Elza Seyidcahan yaradıcılığı və şəxsi həyatı ilə bağlı verdiyi açıqlamaları ilə gündəmə gəlib.
Bu xəbəri də oxu: Əfsanəvi aktyorla bağlı heyrətamiz fakt
Son.az bizim.media-ya istinadən bildirir ki, bu barədə sənətçi qonaq olduğu "13 sual" verilişində danışıb.
Elza "İllər əvvəl təklif olunsa, səhnəyə lüt çıxaram" sözlərinə belə aydınlıq gətirib:
"Efirlərdə xarici müğənnilərin görüntülərinə baxırıq və onların geyimləri bizi o qədər cəlb etmir, nə qədər rəqsləri və səhnə perfomansları. Onların çılpaqlıqlarına baxmıram. Hər yerin öz geyimi var. Mən demirəm ki, hansısa məbləğə səhnəyə lüt çıxaram. Bir var sənət üçün doğulanlar, bir də var ki pul qazanmaq üçün sənətə gələnlər".
Başına diri toyuğu qoyaraq yeni obraz yaradan Əməkdar artist etdiyi bu hərəkətinə isə belə "don geyindirib":
"Əgər başıma qoyduğum o toyuq batırsaydı, varlı olacaqdım. Bunu sınamıram... Amma əgər quşlar gəlib avtomobilimin üstünə otururlarsa, həmin gün əlimə pul gəlir. Həmişə də belə olur. Əgər tovuz quşunu başıma qoymaq lazım olacaqsa, onu da edəcəyəm".
Seyidcahan onu toylardan "vuran" kişi həmkarından da söz açıb:
"Arzu edirəm ki, zaman gəlsin, prezident təqaüdü alım, toylara getməyim. Bəstəkarlığım ilə məşğul olum. Bu yaxınlarda yəhudi bacılar Moskvadan gəlmişdi. Dedilər ki, biz sizi toyumuzda görmək istəyirdik, amma bir müğənni dedi ki, Elza olmasın o məclisdə. Amma həmin müğənninin adını indi demək istəmirəm.
Sonra bir qohumumuz mənə söylədi ki, yeni bir toy dəvəti var idi. Dedim ki, toya Elza gəlsin. Amma o kişi müğənnisi söylədi ki, Elza gəlsə, mən gəlməyəcəyəm. Ondansa mən deyən müğənnini çağır. Elə də oldu. Lakin onun istədiyi müğənni gəlib onu toyda elə bir vəziyyətə saldı k,... Sona kimi oxumadı, çıxıb harasa getdi.
Onun bu hərəkətinə görə isə bu müğənniyə söz gəldi. Bir sözlə, başına iş gəldi. Bu mövzuda mənim bildiyim və bilmədiyim nüanslar da var. Əlbəttə ki, bu dəqiqə toylar monopoliyadır. Əsas da rayon və Moskva məclisləri. Həmin toyları hansısa insanlar idarə edirlər".
Elza ikinci dəfə ailə qurması məsələsinə isə belə münasibət bildirib: "Elə vaxt olur ki, həyat yoldaşı insana mane olur. Var həyat yoldaşı insana dayaq olur, var da mane olur... Ailəli olanda həyat yoldaşım hətta uşaqlarımızı bağçaya belə qoymağa icazə vermirdi. Deyirdi ki, uşaqlar baxçaya getməsin, evdə otursun. Lazımsız şeylərə "yox" cavabını verirdi. O qısqanc və tərs idi. Allah bilir nəyi necə və hansı vaxtda edir. Amma uşaqlarımı atasından ayırmadım. Zaman-zaman əlaqə saxlayıb, danışırıq. O mənə istədiyi vaxt zəng vurur və biz danışırıq. Həyat yoldaşım 12 ildən sonra dayısı qızı ilə evləndi. Mən ailə qurmaq üçün hələ gəncəm. Bəstəkarlıqla məşğulam. Məndən çox ərsizlik dərdimi el çəkir. Konservatoriyada oxuduğum zaman iki övladım var idi. O qədər mənə elçi düşən olurdu ki, indi ki ulduzların çoxu buna kənardan susub, baxıblar. Mənə və bacıma da cürət edib o sözü deyə bilməyiblər".
İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər
Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfran
Bu gün Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya star
Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qə
Müğənni Mətanət Əsədova küsülü olduğu aparıcı Zaur Baxşəliyevin v
Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü il�
İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədə
Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermə
Örən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol
Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Q
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis
Aktrisa Şeron Stoun Döş Xərçəngi Tədqiqatları Fondunun ianə toplama gec
Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz