Bakıda ümumşəhər daxili iməcilik keçirilib FOTO
Digərləri 18 Mar 2023 13:56:00 156 0
Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar martın 18-də paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədə

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermə

Örən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol

Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Q

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis

Aktrisa Şeron Stoun Döş Xərçəngi Tədqiqatları Fondunun ianə toplama gec

Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermən

ABŞ-ın Oklahoma ştatının Dixon şəhərində evdən qaçan meymun qadının

Mart ayının 26-da Sumqayıt Dövlət Dram Teatrında "Dəcəl keçi"

Azərbaycan ali təhsil müəssisələrinin göstəriciləri isə ürəkaçan de

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarab

"Atv" kanalında yayımlanan "Ben bu cihana sığmazam" seri
