Ermənistan buna da mane olub
Siyasət 18 Mar 2023 11:52:00 289 0
Məlum olduğu kimi, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniyada keçirilmiş 49-cu sessiyası zamanı dünən qəbul edilmiş 5 qətnamədən biri "Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum" adlı qətnamə idi. Qətnamədə 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır.
Bu xəbəri də oxu: Prezident və Putin təyyarənin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər
Son.az Trend-ə istinadən xəbər verir ki, lakin Ermənistan tərəfi İranın sifarişi ilə eyniməzmunlu bəyannamənin ATƏT-də qəbul edilməsinə mane olub.
Təəssüf ki, 2 aya yaxın müddətdə davam edən müzakirələrə Ermənistan tərəfi hər vəchlə maneə törədib və Səfirliyə xain hücumu pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı, və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyannamənin qəbuluna imkan verməyib.
Bu, bir daha göstərir ki, Ermənistan İranın ATƏT-də əsas təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda maraqlı olmayan tərəfdir.
Nazirlər Kabineti "Yerləşmə vasitələrində yerləşmə xidmətindən
Xalq artisti Məleykə Əsədova idman etdiyi anları paylaşıb.
Bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşr
Aparıcı və aktrisa Turanə Hüseynli yeni əməkdaşlığa başlayıb.
Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İ�
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin martın 15-də Azərbaycan və
Tanınmış fotoqraf Asim Talıbov dünyasını dəyişib.
Uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova Bakıya
Bakıda yaşayış binasının fasadından qopan daşlar avtomobilin üzərinə
İsveçrənin ən məşhur və etibarlı banklarından sayılan "Credit Sui
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası d
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ər