Qərbi Azərbaycan İcması: Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib
Digərləri 18 Mar 2023 10:36:00 309 0
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin martın 15-də Azərbaycan və Ermənistan ilə əlaqələrinə dair qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: 2025ci illə bağlı qorxunc proqnoz: müharibələr, epidemiyalar və təbii fəlakətlər olacaq
Son.az AZƏRTAC-a istinadən bəyanatı təqdim edir.
İlk öncə qeyd edək ki, insan hüquqlarının Ermənistan tərəfindən sistemli şəkildə pozulmasından əziyyət çəkən İcma olaraq biz insan hüquqları və regional təhlükəsizlik sahəsində beynəlxalq prosesləri çox diqqətlə və xüsusi həssaslıqla izləyirik.
Sülh, təhlükəsiz və insan hüquqları kimi məsələlərin əks olunduğu sözügedən qətnamələr Ermənistanın zorakılıq yolu ilə qovduğu azərbaycanlıların təmsilçisi olan İcmamız üçün birbaşa maraq kəsb edir.
Avropa İttifaqının əsas orqanlarından biri kimi, Avropa Parlamentinin üzərinə İttifaqın əsas sənədlərində ayrı-seçkilik olmadan insanların bərabərliyi və insan hüquqlarının aliliyinin təşviq edilməsinə dair müddəaların yerinə yetirilməsi sahəsində mühüm vəzifələr düşür. Avropa İttifaqı insan hüquqlarının təşviq edilməsi missiyasını könüllü şəkildə öz üzərinə götürüb və prinsip etibarilə biz bunu alqışlayırıq.
Lakin təəssüflə qeyd etməliyik ki, Avropa Parlamentinin indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsində fəaliyyət göstəriciləri çox aşağıdır və hətta zərərlidir.
Hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti "Sovet Ermənistanında vəziyyət" adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yummuşdur. İlk dövrlərdə bunun Avropa parlamentarilərinin məlumatsızlığı və Ermənistan yönümlü lobbi qurumlarının fəaliyyəti ilə bağlı olduğunu güman edirdik.
Lakin sonra məlum oldu ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onun tutduğu mövqe Ermənistanın mövqeyində də radikal olmuşdur.
Təəssüf ki, Avropa Parlamenti 2023-cü il martın 15-də qəbul etdiyi qətnamələrlə öz zərərli ənənəsini davam etdirmişdir.
Ermənistanın yoxlanılmış və yoxlanmamış bütün iddialarının hər birinə gen-bol yer verən qətnamə müəlliflərinin yaxın keçmişdə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi indiki Ermənistan ərazisində indi bir nəfər də olsun azərbaycanlının qalmaması, orada Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susmaları açıq-aşkar qərəzdir.
Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişənin əsas səbəbinin Ermənistanın ksenofobik və ərazi ekspansiyası siyasəti olduğu, Ermənistanın öz ərazisindən bütün azərbaycanlıları qovması olduğu halda, qətnamələrdə ilkin səbəb barədə uydurma iddialar səsləndirilir. Azərbaycan ərazisində yaşamaqda olan ermənilər üçün beynəlxalq sülhməramlı əməliyyat, beynəlxalq qarantiya mexanizmləri tələb edilən qətnamələrdə, nədənsə eyni tələb Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürülmür. Qətnamələrdə Ermənistanın öz ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməyə guya hazır olması kimi ağ yalan əks etdirilmişdir.
Ermənistana aid qətnamənin "İnsan hüquqlarına və fundamental azadlıqlarına hörmət" adlı hissəsində bu ölkənin qanuni sakinləri olan və etnik ayrı-seçkilik əsasında qovulmuş azərbaycanlıların hüquqları barədə bir kəlmə də olsun qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana münasibətdə belə yanaşma onun apardığı ayrı-seçkiliyə açıq-aşkar dəstək deməkdir.
Tanınmış fotoqraf Asim Talıbov dünyasını dəyişib.
Uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova Bakıya
Bakıda yaşayış binasının fasadından qopan daşlar avtomobilin üzərinə
İsveçrənin ən məşhur və etibarlı banklarından sayılan "Credit Sui
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası d
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ər
6-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xari
Türkiyəli aktyor Bekir Aksoy "Yasak elma" serialından qalmaqallı �
Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan yaşlı qadın gecənin
Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyas�
ABŞ prezidenti Co Bayden ailə üzvlərinin Çinin "State Energy HK Limite