Şolts yenə erməniləri məyus etdi
Siyasət 14 Mar 2023 17:55:00 279 0
Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı.
Bu xəbəri də oxu: Bakıda milyardlıq razılaşma Tarixi uğura
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Berlində Almaniya Kansleri Olaf Şolts Prezident İlham Əliyevlə mətbuata birgə keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı bu məsələ müzakirə olunmuşdu. Erməni mediası Almaniya Kansleri Olaf Şoltsun açıqlamasını fərqli formada tirajlamışdı. Erməni mediasında qeyd olunurdu ki, guya Olaf Şolts "Dağlıq Qarabağ" vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verir.
Görüşdən sonra Almaniya hökumətinin saytında Almaniya kansleri Olaf Şoltsun sözügedən açıqlaması isə qeyd olunmamışdı, bu da ermənilər tərəfindən ciddi narazılıqla qarşılanmışdı.
Bu dəfəki açıqlamasında isə Şolts növbəti dəfə erməniləri məyus edib. Ermənilər ciddi cəhdlə elə bir görüntü yaratmağa çalışırdılar ki, guya Alamaniya siyasi rəhbərliyi onların separatçı fəaliyyətini dəstəkləyir.
Lakin Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Almaniya Kansleri Olaf Şolts jurnalistin "Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsızmı?" sualına "Beynəlxalq səviyyədə Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımamışdı və bununla da o vaxtı Almaniya öz mövqeyini bildirmişdi" deyə cavablandırdı.
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq
Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər
30 yaşlı Selena Qomez şəxsi bloqunda qara rəngli köynək geyinərək yataq
Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addıml
Türkiyənin Kahramanmaraş şəhərində baş verən və "əsrin fəlakət
Ölkəmizdə milli su strategiyası layihəsi hazırlanıb və yaxın zamanda d�
Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almani
Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 14-də təkbətək görüş
İran qırıcısının 11 martda Azərbaycan sərhədinin 3-5 km-liyində, bəzi
Bakıda 70 yaşlı coğrafiya müəllimi intihar edib. Hadisə az öncə Surax
"Sədəf" Xalq Çalğı Alətləri Ansamblı konsert proqramı ilə ç
Cadenza Contemporary Orchestra "Cadenza dəvət edir" layihəsini növ
Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.
"İnstagram" sosial şəbəkəsində vətəndaşların etibarından su
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AnchorElektron Təhlükə