"Belə müğənnilər efirlərə yol açandan sənət ucuzlaşıb"
Şou-biznes 14 Mar 2023 05:44:00 300 0
"Qeyri-peşəkar müğənnilər efirlərə yol açandan sənət ucuzlaşıb. Efirlərdə həmin müğənniləri tərifləyib, dağ başına qoyurlar. O müğənnini tərifləməklə deyil, əgər tamaşaçı onu sevmirsə gedib lap özünə 1 milyon xərcləyib klip çəkdirsin, mahnı alsın, o bu sevgini yenə də qazanmayacaq. Bu gün heç mən klip çəkdirmirəm. Tamaşaçı məni sevmir ki?!. Uzun illər fasilədən sonra gəldim, yenə də tamaşaçı sevgisini qazandım. Onların sayəsində mən Aynur Dadaşovayam. Bu baxımdan çox xoşbəxt və bəxtəvərəm".
Bu xəbəri də oxu: Tanınmış müğənni ögey bacısını axtarır
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib.
"Hayla gələn, vayla gedir. Əsl sənətçi odur ki, 7-8 il getsin, sonra gəlsin görüm onu tamaşaçılar qəbul edirmi? Tamaşaçılar hər şeyi gözəl bilir və görür. Onlar bilirlər ki, hansı müğənni necədir?! Mən heç vaxt ulduz olmadım, özümü göylə aparmadım, salam verənə 5 dəfə salam verdim. Şəhərin elə bir yeri olmayıb ki, bizim orada evlərimiz olmasın. İnsan var-dövlət, pul görəndə dəyişir, deyir ki, mən niyə filankəsə salam verməliyəm ki?! Bəzən istəyirəm ki, xasiyyətimi dəyişim, başqa cür olum, amma dəyişə bilmirəm. İlk avtomobili mənə 1996-cı ildə atam alıb" deyə sənətçi bildirib. Müğənni atası ilə bağlı etiraf da edib.
"Atam heç vaxt müğənni olmağımı istəməyib. Deyirdi ki, qız nədir, oxumaq nədir?! Mənim ifamda "Qalmaq belə qalmaz dünya" mahnısını eşidəndən sonra müğənni olmağımla barışdı. Konsertlərdə gəlib otururdu, həyəcanlanırdı. Həmişə demişəm ki, səs, istedad, ruzi ailədə bir nəfərə verilir və bütün ailənin yükü də o insanın üstündə olur" deyə müğənni bildirib. Aynur Dadaşova kədərini gizlətdiyini bildirib. "Çox güclü qadınam. Heç vaxt istəmərəm ki, tamaşaçım mənim zəif tərəfimi görsün. Təbii ki, bəzən ağlaya bilərəm, amma özümü tez toparlayıram. Kədərimi gizlətməyə çalışıram. Bəzən səhnədə oxuyuram, ürəyimdə dərddir, sifətimdə başqa bir şey. Ailəmi, əzizlərimi, ələxsus da bacımın və öz balalarımı düşünürəm. Həyatdır da, bilmirsən sabah başına nə gələcək. Bəzən öz-özümə düşünürəm ki, görəsən mənə nəsə olsa onların həyatı necə olacaq? Onların xoşbəxtliyi üçün öz xoşbəxtliyimi unutmuşam" deyə müğənni bildirib.
Məşhur kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi, ispaniyalı futbol�
Dünya şöhrətli müğənni Ledi Qaqa "Oskar-2023" mükafatlandırma
Aktrisa Kristen Stüart "Chanel" dəb evi və yazıçı Çarlz Finçin
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını, boşandığı həyat
Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirl�
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya möv
İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbayca
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvv
Kürdəmirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb.
Bakıda avtobusda sərnişinlər arasında əlbəyaxa dava düşüb.
Məşhur aktyorlar İbrahim Çingiz və Aydan Axundzadə 40 günlüyü tamam ola
Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyas