Onlar tabe olmur, tabe etdirirlər! –
Digərləri 13 Mar 2023 01:47:31 344 0
Sevgi münasibətlərində davamlılıq tərəflərin bir-birinə anlayışla davranması, bütün məsələlərdə ortaq məxrəcə gəlinməsi ilə olur. Lakin bəzi cütlüklərdə bu alınmır. Çünki partnyorlardan biri hər şeyin ancaq öz istədiyi kimi olmasını istəyir və tələb edir. Bu tip insanlar empatiya qurmağı bacarmırlar və hər zaman idarə edən tərəf olmaq istəyirlər. Dominantlıq isə çox zaman münasibətlərin yarıda qalmasına səbəb olur.
Bu xəbəri də oxu: Silk Way AFEZCO və FF Construction Silk Way Cargo Villagein birgə inşası üçün razılaşma imzalayıblar
Astrologiyaya görə ikili münasibətlərdə ancaq öz istədiklərinin olmasını istəyən, hegemon, dominant insanlar əsasən 5 bürc altında dünyaya gəlir.
Son.az həmin bürcləri oxuclarının diqqətinə çatdırır:
QOÇ
Zodiakın ən dominant bürcü olan Qoç münasibətlərdə də ancaq öz istədiyinin olmasını istəyir. Onlar üçün qarşı tərəfin fikri elə də önəm daşımır. Sevgilisinin və ya həyat yoldaşının onunla razılaşmadığını görən Qoç bürcü insanları çox əsəbi olur və qəlb qırırlar. Onlar qarşı tərəfə öz istədiklərini yeridə bilmədiklərini gördükdə soyuq davranmağa başlayır və bir müddət sonra münasibəti sonlandırırlar.
BUĞA
Buğa bürcü insanları çox rahat və anlayışlı təsir bağışlasalar da onlar Qoçlar kimi dominantdırlar. Buğalara görə özləri hər şeyin ən yaxşısını və düzünü bilirlər, qarşı tərəf mütləq onun dediyini etməli və onunla hesablaşmalıdır. Sevdikləri insanları özlərinə tabe edə bilmədikdə Buğa bürcü insanları çox aqressiv və zorba olurlar.
ŞİR
Şirlər dominant, iddialı və çox cəsarətlidir. Onlar insanlara əmr verməyi xoşlayırlar. Dominant Şir bürcü insanları yaxşı idarəçilik bacarığına sahib olurlar. Sevgi münasibətlərində isə öz başlarına hərəkət etməyi sevirlər. Onlar qarşı tərəfə heç vaxt tabe olmurlar, tabe etdirirlər, onlarla hesablaşmaq isə heç də asan olmur.
QIZ
Qız bürcü insanlarında hər şeyə nəzarət etmək ehtirası var. Onlar hər şeyin öz istədikləri kimi olmasını tələb edirlər. Həyatlarına aldıqları insanlara əmrlər verməyi normal hesab edirlər. Bu durum da onların sevgi münasibətlərinin uzun zaman davam etməməsinə səbəb olur. Çünki davamlı əmrlərdən və tabe olmaqdan bezən qarşı tərəf çarəni qaçmaqda görür.
OĞLAQ
Oğlaqlar sevgi münasibətlərində ilk vaxtlarda çox mülayim davranırlar. Lakin bir müddətdən sonra hökmranlıq etməyə başlayırlar. Qarşı tərəfin hər qərarına, hər fikrinə qarışır, hətta əngəl olmağa belə çalışırlar. Oğlaq bürcü insanlarına görə qarşı tərəf onların dediyi ilə oturub dursa, mütləq xeyir tapacaq. Lakin bununla qarşı tərəfin səbrini sınadıqlarını anlamırlar. Dominantlıq və mənəm-mənəmlik onların da tək qalmasına səbəb ola bilir.
Əkizlər, Xərçəng, Tərəzi, Əqrəb, Oxatan, Dolça və Balıqlar heç vaxt tam dominant ola bilmirlər. Onlar bütün qərarlarında qarşı tərəflə hesablaşır və birgə qərar verməyə çalışırlar. /savash.org
"Google Translate"in masaüstü veb-səhifəsinə şəkillərin tərc�
Heyvan haqları müdafiəçiləri 71 yaşlı filin əhvalatını nəql ediblər.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Allah arzulayan hər kəsə nəsib eləsin".
Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Seymur idarə etdiyi taksi maş
Dəridə qocalma əlamətlərinin qarşısını almaq üçün həyata keçirilə
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağın
Çinin Xubay əyalətindən olan 50 yaşlı Lyu Mouvfu ölkəsində gündəm olu
Zibil yığanların pensiya islahatına qarşı tətil etməsi səbəbindən art
Gürcü Arzusunun hakim gücü ölkədə ikinci hərbi cəbhənin açılmasına
İsveç hökuməti Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatının keçmi�
Miqren - hamımızın bildiyi paroksismal baş ağrısıdır. Lakin bu xəstəli