Yüksək opera sənətinin və modanın füsunkar harmoniyası Heydər Əliyev Mərkəzinin 8 mart hədiyyəsi FOTO


Kriminal 09 Mar 2023 12:08:00 284 0

Yüksək opera sənətinin və modanın füsunkar harmoniyası  Heydər Əliyev Mərkəzinin 8 mart hədiyyəsi  FOTO

Martın 8-də Heydər Əliyev Mərkəzində "Opera və moda. Sultan Couture 20" adlı konsert və sərgi keçirilib. Tədbir Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyindən xanım qonaqlara Mərkəz adından xüsusi hədiyyələr təqdim olunub. Bayram əhval-ruhiyyəli konsert və sərgi isə tamaşaçılarda dərin təəssürat yaradıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, konsertdən əvvəl müsahibə verən rəssam-modelyer Orxan Sultan Bakı konserti üçün ərsəyə gələn libaslar haqqında danışıb: "Hər bir libası hazırlayarkən biz rəng çalarlarını, forma, opera müğənnilərinin tembrlərini nəzərə alırdıq. Dörd aya 20-yə yaxın libas yaratmışıq. Mənə gənc yaşlarından klassik musiqiyə sevgini aşılayıblar. Ondan bəhrələnərək mən bu obrazları yaratdım".

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divarları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri - Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), "Helikon-opera" Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano) və Yekaterina Sannikova (soprano) iştirak ediblər.

İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa ediblər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Bununla da Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən "SULTAN COUTURE&Co" brendinə məxsus kolleksiya nümayiş etdirilmiş oldu. Gecə ərzində səhnəyə çıxan müğənnilər həm də BVLGARI brendinin zinət əşyalarını təqdim ediblər.

Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyaları, zəngin repertuar, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olublar.

Konsert ifaçıların Müslüm Maqomayevin bəstələdiyi həmişəyaşar "Azərbaycan" mahnısını birgə ifası ilə başa çatıb.

Konsertdən sonra Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos öz təəssüratlarını bölüşüb: "Bakıda olmaq mənim üçün xoşdur. Azərbaycanı çox sevirəm və burada çoxlu dostlarım var. Heydər Əliyev Mərkəzindən, səhnədən böyük təəssürat altındayam. Bu bir musiqi və moda bayramı idi. Bunun bir ənənəyə çevrilməsi və gələcəkdə mədəniyyətləri birləşdirən festivalın təşkil edilməsi gözəl olardı".

Beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva Bakıda olmağından məmnunluğunu ifadə edib: "Biz bu tədbirə uzun müddət hazırlaşmışıq. Çox xoşbəxtəm ki, Müslüm Maqomayevin repertuarından mahnı ifa etdim. Tədbirdə əməyi keçən hamıya təşəkkürümü bildirirəm".

Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Sərgidəki bölmələrdən biri "Azərbaycanın opera tarixində ilk qadın ifaçı və bəstəkarlar"a həsr olunub. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şövkət Məmmədova, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat verilib.

"İlk Azərbaycan opera müğənniləri səhnə geyimlərində" bölməsində operamızın qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları sərgilənib. Bunların sırasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", Müslüm Maqomayevin "Nərgiz", Niyazinin "Xosrov və Şirin", Əfrasiyab Bədəlbəylinin "Qız qalası", Cüzeppe Verdinin "Traviata", Reynqold Qliyerin "Şahsənəm", Jorj Bizenin "Karmen" operalarından fotolar da yer alıb.

Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın "Leyli və Məcnun" operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın "Od gəlini" operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə ediblər.

Ekspozisiyada həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri də yer alıb.

İrana gedən azərbaycanlı gənc itkin düşüb, araşdırma aparılır like
  • 09 Mar 11:51  
Digərləri İrana gedən azərbaycanlı gənc itkin düşüb, araşdırma aparılır

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Səfərli Fərid Qabil oğlunun İ

arrow Ətraflı
Bu şəxslərin maaşı 871 manat oldu  Baş nazirdən yeni qərar like
  • 09 Mar 11:50  
Digərləri Bu şəxslərin maaşı 871 manat oldu Baş nazirdən yeni qərar

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövl�

arrow Ətraflı
Zaqatalada gənc qızı maşın belə vurdu  Anbaan VİDEO like
  • 09 Mar 11:49  
Digərləri Zaqatalada gənc qızı maşın belə vurdu Anbaan VİDEO

Zaqatalada 28 yaşlı qızın maşınla vurulma anının görüntüləri yayıl�

arrow Ətraflı
Prezident: Biz hər zaman etibarlı tərəfdaş olmuşuq like
  • 09 Mar 11:28  
Siyasət Prezident: Biz hər zaman etibarlı tərəfdaş olmuşuq

Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Ukrayna-Rusiya müh

arrow Ətraflı
“70 yaşı var, deyir ki, ərə getmək istəyirəm, sən ərə yox, gora get...” like
  • 09 Mar 11:27  
Digərləri “70 yaşı var, deyir ki, ərə getmək istəyirəm, sən ərə yox, gora get...”

"8 mart günü münasibəti ilə qadınlarımızı ürəkdən təbrik edir�

arrow Ətraflı
Qlobal Bakı Forumu Prezident İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi  VayraVike Frayberqa like
  • 09 Mar 11:26  
Siyasət Qlobal Bakı Forumu Prezident İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi VayraVike Frayberqa

Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan ba

arrow Ətraflı
Rəsmi Bakıdan Ermənistan XİNə cavab like
  • 09 Mar 11:25  
Siyasət Rəsmi Bakıdan Ermənistan XİNə cavab

8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti

arrow Ətraflı
"Bu gün dünya müxtəlif çağırışlarla üzüzədir" like
  • 09 Mar 11:20  
Siyasət "Bu gün dünya müxtəlif çağırışlarla üzüzədir"

Bu gün dünya müxtəlif çağırışlarla üz-üzədir.

arrow Ətraflı
Putin hücum edərkən bunu nəzərə almayıb  Kəşfiyyat like
  • 09 Mar 11:16  
Dünya Putin hücum edərkən bunu nəzərə almayıb Kəşfiyyat

Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.

arrow Ətraflı
Azərbaycana Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirəm  ÜSTnin baş direktoru like
  • 09 Mar 11:06  
Siyasət Azərbaycana Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirəm ÜSTnin baş direktoru

Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə belə mühüm tədbir

arrow Ətraflı
İlham Əliyev: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq like
  • 09 Mar 11:01  
Siyasət İlham Əliyev: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq

Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqla

arrow Ətraflı