Müdafiə Nazirliyi MƏLUMAT YAYDI:


Siyasət 06 Mar 2023 23:16:00 199 0

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Son.az həmin məlumatı təqdim edir:

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır.

Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır.  Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.

İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir.    Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir.  

Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdur.

Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən "Qisas" əməliyyatı həyata keçirilmişdir.   Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.

Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir.

Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir".

Neymar üçün mövsüm like
  • 06 Mar 23:14  
Dünya Neymar üçün mövsüm

PSJ-nin futbolçusu Neymar üçün bu mövsüm erkən başa çatıb.

arrow Ətraflı
Martın maqnit qasırğaları: like
  • 06 Mar 23:10  
Digərləri Martın maqnit qasırğaları:

Maqnit qasırğaları təkcə insanlara deyil, həm də texniki qurğulara və �

arrow Ətraflı
“Space”in aparıcısı like
  • 06 Mar 23:05  
Şou-biznes “Space”in aparıcısı

Space TV-nin aparıcısı Fariz İlyas ata olub.

arrow Ətraflı
Güclü külək Ağdamda evin daş hasarını uçurub  FOTO like
  • 06 Mar 23:00  
Digərləri Güclü külək Ağdamda evin daş hasarını uçurub FOTO

Ağdamda küləkli hava şəraiti fəsadlar törədib.

arrow Ətraflı
Hörümçəyin torunun BU FAYDASINI like
  • 06 Mar 22:57  
Digərləri Hörümçəyin torunun BU FAYDASINI

Sankt-Peterburq alimləri hörümçək toru əsasında cavanlaşdırıcı krem h

arrow Ətraflı
“Bəxtiyara şəkil göndərən qızlara yaxşı olur” like
  • 06 Mar 22:52  
Digərləri “Bəxtiyara şəkil göndərən qızlara yaxşı olur”

"Bəxtiyar Hacıyevlə bağlı olan məsələlərlə qəti maraqlanmıram,

arrow Ətraflı
Talibanda ƏCAİB QƏRAR: like
  • 06 Mar 22:49  
Dünya Talibanda ƏCAİB QƏRAR:

Əfqanıstanda qadınlara qadağa qoyan Taliban bu dəfə evlilik qanunlarını

arrow Ətraflı
Ərdoğan: "22 min mənzilin inşasına start verilib" like
  • 06 Mar 22:45  
Dünya Ərdoğan: "22 min mənzilin inşasına start verilib"

Türkiyənin zəlzələ baş verən bölgələrində söküləcək və dağınt�

arrow Ətraflı
Diabetin qorxunc fəsadları: Ölümlə nəticələnə bilər like
  • 06 Mar 22:41  
Digərləri Diabetin qorxunc fəsadları: Ölümlə nəticələnə bilər

Vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilər.

arrow Ətraflı
Xankəndidən İrəvana 2 deyil, 4 yol var like
  • 06 Mar 22:30  
Digərləri Xankəndidən İrəvana 2 deyil, 4 yol var

"Mətbuatda əvvəlki çıxışımda haqqında danışdığım və dünən

arrow Ətraflı
Türkiyə müxalifətinin prezidentliyə like
  • 06 Mar 22:28  
Dünya Türkiyə müxalifətinin prezidentliyə

Türkiyənin müxalif koalisiyası olan "Millət İttifaqı" ("Al

arrow Ətraflı
Xərçəng dərmanlarının içinə su tökdülər like
  • 06 Mar 22:26  
Dünya Xərçəng dərmanlarının içinə su tökdülər

Türkiyə xəstəxanalarının birində xərçəng dərmanları oğurlanıb.

arrow Ətraflı
Bakıdan Ermənistanın baş nazirinə like
  • 06 Mar 22:22  
Siyasət Bakıdan Ermənistanın baş nazirinə

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyan

arrow Ətraflı
Azərbaycanda oynamış voleybolçu like
  • 06 Mar 22:19  
Dünya Azərbaycanda oynamış voleybolçu

Voleybol üzrə Azərbaycan çempionatının mükafatçı Enn Buijs həmcinsi il

arrow Ətraflı
“Trabzonspor” FIFA tərəfindən sanksiya ilə üzləşə bilər like
  • 06 Mar 22:14  
Dünya “Trabzonspor” FIFA tərəfindən sanksiya ilə üzləşə bilər

Türkiyənin "Trabzonspor" klubu FIFA tərəfindən sanksiya ilə üzl

arrow Ətraflı