Astarada meşədə yanğın başlayıb:
Digərləri 06 Mar 2023 23:44:00 306 0
22:44
Bu xəbəri də oxu: Rusiya Ukraynanı bu təyyarə ilə vurdu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Son.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.
Yanğınların söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
Məşhur meyxanaçı Orxan Lökbəatanlı paytaxtın səhnə aldığı məşhur
2019-cu ildə dünyada hipertoniyadan əziyyət çəkən insanların sayı 1990-
"Real"ın yarımmüdafiəçisi Marko Asensio "Barselona"ya t
Aparıcı Çinarə Əliyeva nişanlısı, estetik cərrah Ruslan Rəsulun əvvə
Amerikanın Florida ştatında yerli sakin nadir amöbaya yoluxduqdan sonra öl�
"Londonda olan qəbirstanlığa gedib baxmaq lazımdır ki, insanların sə
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Maqnit qasırğaları təkcə insanlara deyil, həm də texniki qurğulara və �
Ağdamda küləkli hava şəraiti fəsadlar törədib.
Sankt-Peterburq alimləri hörümçək toru əsasında cavanlaşdırıcı krem h
"Bəxtiyar Hacıyevlə bağlı olan məsələlərlə qəti maraqlanmıram,
Əfqanıstanda qadınlara qadağa qoyan Taliban bu dəfə evlilik qanunlarını