Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi...


Digərləri 05 Mar 2023 23:30:00 297 0

Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi...

Son.az Kulis.az-a istinadən vaxtsız dünyasını dəyişən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur "müəllimlər binası"nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub. Orta məktəbdə oxuyan zaman "Şən və hazırcavablar" ("KVN") komandasının üzvü olub.

***

Bir dəfə komandanın məşq prosesi vaxtı Hacı Şahin ssenari üzrə müəllimlərindən birini yamsılamalı olur. O, səhnəyə çıxan zaman həmin müəllimi qəfildən qapını açıb içəri girir. Hacı Şahin utandığından qızarır və rolunu yarımçıq saxlamalı olur.

Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:

"Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Dükan indiki Hüsü Hacıyev küçəsində yerləşirdi. Bu da həyatda mənim üçün mühüm təcrübə oldu. Həmişə maraqlı insanlarla qarşılaşırdım. Müxtəlif dərnəklər və fəaliyyətlərə cəlb olunurduq. Ən mühümü isə odur ki, hər yerdə mehribanlıq var idi. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi".

***

Nümunəvi sovet ailəsində dünyaya gələn Hacı Şahinin dinə marağı elə gənc yaşlarından olub. 1992-ci ildən müstəqil şəkildə ərəb, fars dillərini öyrənməyə və ibadətə başlayıb. Müxtəlif dini ədəbiyyatlar mütaliə edib.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. "Məşədi Dadaş" məsciddində İmam vəzifəsini icra edib. 1998-2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

***

İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır. Bütün günü qəzet oxuyur, sinifdə, dərslərdə müzakirələr aparır. Orta məktəbi başa vurandan sonra o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır, cəbhə bölgəsində xidmət edir. Qayıdandan sonra qonşuluqlarında yaşayan bir çox gənc kimi o, da namaz qılmağa başlayır. Bu barədə xatirələrində belə deyir:

"Bizim üçün bu, bir adət idi, nənələrimiz namaz qılırdı, "Aşura" günü məscidə gedirdik. Amma xalq hərəkatı fonunda milli özünəqayıdış oldu. Yadımdadır, ilk dəfə şeyx "şəhid" sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər. Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib-gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi. Tədricən dini mütaliəm çoxaldı, ərəb və fars dillərini öyrəndim, fərdi qaydada dini dərslər aldım, ev kitabxanamı zənginləşdirdim. Uşaqlıqda tarixi çox sevirdim. Buna görə də hərbi xidmətdən qayıdıb birinci ali təhsilimi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Amma o zaman artıq dini sahə üzrə fəaliyyət göstərirdim. Ona görə də texniki və humanitar ali təhsil mənə daha geniş ictimai və dini fəaliyyət üçün əlavə dividentlər qazandırırdı".

Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mimrzə Fətəli Axundovu, Mirzə Cəlili, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi.

***

Makronun Konqoda isteriyası like
  • 05 Mar 23:25  
Dünya Makronun Konqoda isteriyası

Fransa prezidenti Emmanuel Makron Konqo prezidenti Feliks Çisekedinin fransalı

arrow Ətraflı
36 il əvvəlki fotosunu paylaşdı like
  • 05 Mar 23:14  
Şou-biznes 36 il əvvəlki fotosunu paylaşdı

Əməkdar artist Sənubər İsgəndərli arxiv paylaşım edib.

arrow Ətraflı
Məşhur aktyorun atası like
  • 05 Mar 23:03  
Digərləri Məşhur aktyorun atası

Hollivud aktyoru Riçard Girin atası 100 yaşında vəfat edib.

arrow Ətraflı
Uyğunsuzların birləşməsi: mövsümün yeni dəbi belə olacaq  FOTO like
  • 05 Mar 22:57  
Digərləri Uyğunsuzların birləşməsi: mövsümün yeni dəbi belə olacaq FOTO

Stilistlərin dar cins şalvarları bərpa etmək və onları moda arenasına qa

arrow Ətraflı
Şəhid Eşqin Hüseynov harada dəfn olunacaq? like
  • 05 Mar 22:52  
Digərləri Şəhid Eşqin Hüseynov harada dəfn olunacaq?

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin tör

arrow Ətraflı
Siam əkizləri: Kəmərlə döyülən, pulları alınan bacıların HƏYAT HEKAYƏSİ  FOTO like
  • 05 Mar 22:46  
Digərləri Siam əkizləri: Kəmərlə döyülən, pulları alınan bacıların HƏYAT HEKAYƏSİ FOTO

Hilton bacıları, baxıcıları tərəfindən əyləncə sənayesində işləm�

arrow Ətraflı
Ordumuza qarşı bugünkü təxribatı iki güc planlaşdırıb like
  • 05 Mar 22:40  
Siyasət Ordumuza qarşı bugünkü təxribatı iki güc planlaşdırıb

Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə

arrow Ətraflı
Bu gün şəhid olan Şəhriyarın like
  • 05 Mar 22:34  
Digərləri Bu gün şəhid olan Şəhriyarın

Xəbər verdiyimiz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni

arrow Ətraflı
Toy karvanında avtoxuliqanlıq edən daha bir nəfər həbs edildi  FOTO like
  • 05 Mar 22:11  
Kriminal Toy karvanında avtoxuliqanlıq edən daha bir nəfər həbs edildi FOTO

Masallı rayonunda toy karvanlnda avtoxuliqanlıq edən daha bir nəfər həbs e

arrow Ətraflı
Röyadan "evdə qalmış"lara məsləhət: "Oraburasını yığdırsınlar bir təhər"  VİDEO like
  • 05 Mar 21:17  
Şou-biznes Röyadan "evdə qalmış"lara məsləhət: "Oraburasını yığdırsınlar bir təhər" VİDEO

Xalq artisti Röya Ayxan ailə qurmayan qızlara ironik məsləhət verib.

arrow Ətraflı