Braziliyanın dövlət televiziyası Bakıda keçirilən Qoşulmama Hərəkatı Sammitini canlı yayımlayıb
Siyasət 03 Mar 2023 18:20:00 293 0
Braziliyanın dövlət televiziya və radio agentliyinin müxbir heyəti Bakıda keçirilən Qoşulmama Hərəkatı Sammitini işıqlandırıb.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Bakıdan Braziliya ilə canlı şəkildə əlaqə saxlanılıb.
Əhalisinin sayına görə dünyanın 6-cı ölkəsi olan Braziliyanın tamaşaçılarına Azərbaycanın bu mötəbər təşkilatda sədrliyi, fikir ayrılıqlara baxmayaraq, bütün dünyanı bu gündə Bakıda toplaya bildiyi bacarığı, nümunəvi lider olaraq onun Prezidenti İlham Əliyevin COVID və onun ağır fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışdığı, təşəbbüslər irəli sürdüyü vurğulanıb. Afrika ölkələrinə xüsusi diqqət və qayğının yetirildiyi qeyd edilib.
Qeyd edəki, insan tələfatına görə ABŞ ilə Çindən sonra Braziliya COVID-19-dan ən böyük zərər çəkmiş ölkə olmuşdur.
Sujetin linkini təqdim edirik: https://tvbrasil.ebc.com.br/reporter-brasil-tarde/2023/03/comunidade-de-paises-nao-alinhados-se-reune-em-baku-no-azerbaijao
Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Misirli səlahiyyətlilər 4500 illik Böyük Giza Piramidasının əsas giriş
"Netflix" yayım xidməti Robert De Nironun rol alacağı "Zero D
Sosial şəbəkələrdə buynuzu yarpaq kimi tökülən sığının görüntül�
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə növbəti d
"Musiqiçilərdən milyoner olmayıb. Söhbət sənətlə təmiz məşğul
Koronavirusa qarşı "Sputnik V" vaksininin yaradıcılarından biri o
"Nikol Paşinyanın açıqlaması onu deməyə əsas verir ki, hazırda mü
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhn
Boliviyanın şimal ərazilərində Amazon cəngəlliklərində 4 dostu ilə ova
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim ad�
Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana cavab ve
Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiy