Bu ölkələr İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyib
Siyasət 03 Mar 2023 12:42:00 268 0
Avstraliya, Hindistan, ABŞ və Yaponiya Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Bu xəbəri də oxu: Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı
Belə ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasının lehinə çıxış ediblər.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlərin birgə bəyanatında deyilir.
Bəyanata əsasən, iştirakçılar BMT Təhlükəsizlik Şurasının yenidən formalaşması üzrə danışıqlar prosesində "fəal və konstruktiv olaraq" iştirak etməyi öhdələrinə götürürlər.
Qeyd edək ki, martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında BMT Təhlükəsizlik Şurasının daha nüfuzlu və coğrafi baxımdan daha ədalətli olması üçün tərkibinin genişləndirilməli olduğunu deyib.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallığı əks etdirməyini vurğulayıb.
"Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik", - Prezident İlham Əliyev deyib.
Son.az
Müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ARB24" te
Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalova qəza keçirib və qaşın
Gəncədə tanınmış "Megastore" mağazasında quldurluq baş verib.
Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi v
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti
Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehli
Sosial şəbəkələrdə "Hüseynçi" ləqəbi ilə tanınan və bir m
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yeni anti-terr
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanv
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonun