Azərbaycan Qazaxıstanı Qoşulmama Hərəkatında iştirakın gələcək perspektivlərini nəzərdən keçirməyə ruhlandırır
Siyasət 02 Mar 2023 14:46:00 283 0
Azərbaycanın sədrliyi Qazaxıstanı Qoşulmama Hərəkatında (QH) iştirakın gələcək perspektivlərini nəzərdən keçirməyə ruhlandırır.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Bu barədə Trend-ə özəl müsahibəsində Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Kanat Tumış deyib.
"Azərbaycan böyük ehtimalla bir çox ölkə üçün mümkünsüz olan missiyanı yerinə yetirib. Fikrimizcə, Azərbaycan məhz Qoşulmama Hərəkatında sədrlik planında mühüm rol oynayır. Bu, unikal missiyadır, belə ki, Azərbaycan adətən qəbul edildiyi kimi üç il deyil, növbəti sədr Uqandanın xahişi ilə dördüncü ildir ki, hərəkata sədrlik edir. Birliyin bütün üzv dövlətləri yekdilliklə Azərbaycanın oynadığı unikal və müsbət rolu qeyd edirlər. Bu hər şeydən öncə, Azərbaycanın sədrliyi altında aparılan innovasiyalarda, məsələn, parlamentlərarası dialoqumuzun, həmçinin gənclər siyasətinin ümumi elementinin genişlənməsi və gündəmə çıxarılmasında əks olunur" - o deyib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın QH çərçivəsində təklifi gələcək nəsillərin təhlükəsizliyini və tərəqqisini təmin etməlidir, bu səbəbdən Bakı təşkilatın gələcək transformasiyası kontekstində mühüm, müsbət və həlledici rol oynayır.
Nazir müavini Qazaxıstan və Azərbaycanın təkcə qardaş dövlətlər deyil, həm də qlobal xəritənin mühüm elementləri olan dövlətlər olduğunu vurğulayıb.
"Bir tərəfdə Çin, digər tərəfdə Avropa olmaqla bir çox dövləti birləşdirən marşrut istiqamətində bizim ölkələrimiz "qızıl körpü" rolunu oynayır", - o deyib.
K.Tumış ötən il ərzində iki ölkə arasında qarşılıqlı ticarətin yarım milyard dollar təşkil etdiyini, ölkələrin bu rəqəmi bir milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyduqlarını və bunun üçün ardıcıl işlərin aparıldığını qeyd edib.
"Azərbaycan bizim həm Qafqaz, həm də Asiya regionunda Türk Dövlətləri Təşkilatı çərçivəsində ən mühüm tərəfdaşımızdır, bu səbəbdən iqtisadi əlaqələrimizi davamlı gücləndirəcəyik. İlin birinci hissəsi üçün ilk tapşırıq olaraq artıq cari ildə iki ölkə arasında qarşılıqlı səmərəli məhsul tədarükünü təqribən 300 milyon dollaradək artırmaq barəsində razılığa gəlmişik. Qazaxıstandan Azərbaycana yüzdən çox adda məhsul ixrac olunur. Biz həmçinin qarşılıqlı fəaliyyətimizin mühüm elementləri olacaq bir sıra digər mühüm layihələr üzərində çalışırıq və Orta Dəhliz [Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu] bunlardan biridir", - nazir müavini deyib.
O həmçinin Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafında Xəzər dənizinin dibi ilə sualtı fiberoptik kabelin çəkilişi, həmçinin Azərbaycan ərazisindən Qazaxıstan neftinin nəqlinin artırılması və Azərbaycandan buğda ixracının artırılması kimi perspektiv istiqamətləri də vurğulayıb.
"Biz Xəzər dənizinin dibi ilə sualtı fiberoptik kabelin çəkilməsi barədə düşünürük, vurğulamaq istərdim ki, bu bizi ayırmayacaq, əksinə birləşdirəcək. Biz bu layihəni genişləndirəcəyik, müvafiq nazirliklərin - Rəqəmsal Sənaye Nazirliyinin, Aerokosmik Sənaye və Rəqəmsallaşma Nazirliyinin rəhbərlərinin görüşü planlaşdırılıb", - o vurğulayıb.
Nazir müavini hazırda yüksək diqqət yetirilən istiqamətlərdən birinin iki ölkənin dəniz limanlarının imkanlarının genişləndirilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, Qazaxıstan Aktau və Kurık limanlarında çoxfunksiyalı terminallar inşa edir, həmçinin aktiv şəkildə xarici investorlar cəlb edir.
"Hazırda Aktau şəhərində konteyner qovşağı inşa edirik və ticarət donanmamızı daha da inkişaf etdirərək yeni bərələrlə təmin etmək niyyətindəyik. Biz həmçinin Çin sərhədindən Qazaxıstan ərazisi ilə uzanan dəmir yolu sahəsini elektrikləşdirmə yolu ilə inkişaf etdirməyi planlaşdırırıq. Bütün bunlar konteyner qatarlarının sürətini artıracaq və dəniz limanlarımızın istehsal gücünü dəfələrlə artırmağa imkan verəcək. Əminəm ki, bizim artıq bu cür qarşılıqlı iddialı layihələrimiz var, azərbaycanlı tərəfdaşlarımızın da bu cür layihələri var. Yəni bu, ikitərəfli hərəkət yoludur, bu səbəbdən biz inkişaf edəcəyik, yeni nəqliyyat dəhlizləri açacağıq ki, bu da daha geniş kütləvi regional inteqrasiya üçün əlavə şərait yaradacaq. Mən burada bir tərəfdən Cənubi Qafqazı və Türkiyəni, digər tərəfdən isə Qazaxıstanı və Mərkəzi Asiya ölkələrini - bütünlükdə Çindən Avropaya uzanan marşrutu nəzərdə tuturam. Bu səbəbdən həm Xəzər dənizinin dibi ilə kabel çəkilməsi, həm böyük perspektivlərə malik olduğunu dediyimiz Trans-Xəzər marşrutu və əlbəttə ki, Azərbaycan və Qazaxıstan bu prosesdə mühüm rol oynayırlar, biz Şərqlə Qərb arasında "körpü" rolunu oynayırıq. Bu ən mühüm "arteriya"nın inkişafı ticarət, investisiya və turizm dinamikasının genişlənməsinə imkan yaradacaq, habelə dövlətlərimizin çox mürəkkəb və çaxnaşmalı dünyada mövqelərini möhkəmlədəcək", - o deyib.
Nazir müavini bir daha Qoşulmama Hərəkatının Təmas Qrupunun iclasının post-pandemiya dövründə dünyanın müzakirəsinə fokuslandığından adi bir görüş deyil, unikal tədbir olduğunu qeyd edib.
"COVID-19 qarşılıqlı ticarət, investisiya və turizmi gücləndirmə səylərimizi bir qədər ləngitdi. Bu sammit çərçivəsində əqli dəyər olaraq töhfəmiz Prezident Kasım Jomart Tokayevin BMT-nin 75-ci sessiyasında söylədiyi ideya olub. İdeya Bioloji Təhlükəsizlik üzrə Beynəlxalq Agentliyin yaradılmasından ibarətdir. Təşkilatın missiyası bioloji və biotexnoloji çağırışları əks etdirən potensial təhlükələrlə əlaqəli təhlükəsizlik tədbirləri və nəzarətin təmin edilməsindən, habelə müstəsna olaraq sülh məqsədləri daşıyan bioloji işləmələrdə köməklikdən ibarət olacaq. Biz bununla bütün dünyada sülh, rifah və sağlamlığa öz töhfəmizi vermək istəyirik. Agentlik kütləvi qırğın silahlarının nəzarəti və tənzimləyici orqanı kimi unikal rolu üzərinə götürə bilərdi. Biz bu orqanın yaradılma konsepsiyasını özümüzlə gətirmişik və sammit çərçivəsində ideyamızı ekstrapolyasiya etməyi planlaşdırırıq", - o deyib.
K.Tumış sonda Azərbaycan dövlətini və xalqını ümummilli lider Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təbrik edib.
"Bu il bütün türk dünyası üçün çox mühüm tarix qeyd olunur, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ulu öndəri olan ümummilli lider Heydər Əliyevin yüzilliyidir. Bununla əlaqədar olaraq xalqınıza və ölkə rəhbərliyinizə səmimi arzularımızı ifadə etmək istəyirik. Hər şeydən öncə qeyd etmək istərdim ki, biz ümumi mədəniyyətə malikik və Heydər Əliyev deyirdi ki, bir xalqı digərindən fərqləndirən bir çox xüsusiyyət var və bunlardan ən mühüm olanı mədəniyyətdir. O deyirdi ki, insan hətta milyonlara, milyardlara sahib olsa da, bu onu cəmiyyətin mühüm elementi edə bilməz. Məhz mənəviyyatı heç bir pulla satın almaq olmaz. Qazax və Azərbaycan xalqlarının ümumi identifikasiyası olan mənəviyyat ikitərəfli əməkdaşlığımızın çox mühüm elementidir", - nazir müavini qeyd edib.
Ötən il Koreya istehsalı olan 400 mindən çox avtomobil müxtəlif nasazlıq
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə
Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə dostunu itirən Merve
Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Gənclərə dəstək&quo
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Xəbər verdiyimiz kimi, amerikalı müğənni Mayli Sayrus keçmiş həyat yold
Türkiyədə zəlzələ zamanı ortaya çıxan görüntülər şok yaradıb.
Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölməl�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Bərabərliyi və ədaləti təbliğ edən Qoşulmama Hərəkatının məqsədl�
"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi.