Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirirəm
Siyasət 02 Mar 2023 11:41:00 314 0
Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir, buna görə təşəkkür edirəm.
Bu xəbəri də oxu: Baş direktora “Şöhrət” ordeni verildi
Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.
T.Qebreyesus bildirib ki, bütün dünya ölkələri Qoşulmama Hərəkatının təcrübələrindən öyrənə bilər.
"Qoşulmama Hərəkatı ölkələrinin kollektiv təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatına daha təhlükəsiz dünya qurmaqda kömək edir. Pandemiya ilə mübarizədə və gələcəkdə oxşar problemlərin həllində, qarşısını almaqda Qoşulmama hərəkatının rolu var. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir, buna görə təşəkkür edirəm", - ÜST baş direktoru deyib.
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Son.az
Aparıcı Afaq Gəncəli "Səhər mərkəzi" proqramından getməyə h
Din xadimi Elşad Miri bu gün səhər dünyasını dəyişən Hacı Şahin haqq
Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşmas
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış h
Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkl
Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illə
Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid v
2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-si
BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.
COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkat
BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada dah