İran rejimi rialı qəsdən çökdürür:
Digərləri 28 Fev 2023 14:24:00 273 0
Son günlərdə İranda ABŞ dolları ikiqat bahalaşaraq, 600 min riala çıxmışdı. Əslində, dolların dəyəri qalxmayıb, rial dəyərdən düşüb. Məsələyə bu cür yanaşsaq, durumu daha düzgün qiymətləndirə bilərik. Çünki rial təkcə dollar deyil, avro, manat, rubl və digər valyutalar qarşısında da dəyərini itirib.
Bu xəbəri də oxu: Qəhvəni belə içmək lazım imiş
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a iqtisadiyyat üzrə güneyli ekspert Sabir Zamani İranda dolların bahalaşmasına aydınlıq gətirərkən deyib.
O bildirib ki, son bir ildə rəsmi açıqlamalara görə, rial 80 faiz dəyər itirib:
"Dövlət dolların bahalaşmasında xarici faktorlar axtarmağa çalışır, bu barədə danışılmasına icazə vermir, əslində, səbəb büdcə kəsrinin ört-basdır edilməsidir. Hər bir ölkənin pulunun dəyərlənməsi və dəyərdən düşməsi iki faktordan asılıdır: Bu ölkə bir ildə nə qədər pul çap edib, istehsal gücü nə qədərdir? Amma İran çalışır ki, bunu başqa ölkələrə bağlasın. Sanksiyalara, embarqolara görə olduğunu deyirlər. Bunların təsiri qismən də olsa var, amma bu, yeni bir məsələ deyil. Sanksiya hər zaman olub. Bunlar rialın son aylardakı dəyər itirməsinin səbəbi deyil. Əsas səbəb büdcə kəsiridir. İran iqtisadiyyatının quruluşu belədir ki, neft və qaz satır və gəlirləri dollarladır. Amma xərcləri rialla ödəyir. Orduya pulu milli valyuta ilə verir. Odur ki, dollar bahalaşdıqca, rial dəyərini itirir və dövlət büdcəni daha rahat qarşılaya bilir. Bu, çox önəmli məsələdir".
Ekspert həm də bildirib ki, xarici valyutanın 90 faizi dövlətin, 10 faizi xalqın əlindədir.
Ermənistan tərəfi Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın b
Aktyor Elşən Orucov (Fəlakət) yeni addımı ilə marağa səbəb olub.
Laçın yolundan yalnız humanitar yüklərin daşınması üçün istifadə edi
Bakıda və Abşeron yarımadasında 500 minə yaxın sənədsiz ev var.
Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan komponentlərinin prak
"Hazırda bütün dünyada qlobal qarşıdurmalar, qlobal kataklizmlər dö
Türkiyənin Adıyaman şəhərində zəlzələdən sonra dağların arasından
Rusiya Azərbaycanla ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndirir.
Son vaxtlar suyun bəzi ərazilərdə fasilələrlə verilməsi paytaxt sakinlə
Üçtərəfli bəyanatların əhəmiyyəti qeyd edilib və vurğulanıb. Biz də
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssa
Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minatəmizləmə əməliyyatları da
Tovuzun Əyyublu kəndində 53 ildir mədəniyyət mərkəzinin kənd diyarşün
Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəs