Rusiya Bakını OYUNUNA qatmaq istəyir Lavrovun "papka"sındakı


Siyasət 28 Fev 2023 13:56:00 272 0

Rusiya Bakını OYUNUNA qatmaq istəyir  Lavrovun "papka"sındakı

"Hazırda bütün dünyada qlobal qarşıdurmalar, qlobal kataklizmlər dövrüdür. Artıq şərti olaraq Şərq və Qərb bloku adlandırdığımız dünyada bir-biri ilə mübarizə aparan güc mərkəzləri formalaşmaqdadır. Burada hər tərəf öz müttəfiqlərini, hədəflərini gücləndirməklə onların artıq yanında olacağına əmin olmaq istəyir".

Bu xəbəri də oxu: COP29: Tarixdə iz qoyan sammit

Bunu Son.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Lavrovun Bakı səfəri öncəsi Vardanyanın "vəzifədəsindən" uzaqlaşdırılması ola bilsin ki, Rusiyanın Azərbaycana jesti idi:

"Təsadüfi deyil ki, son vaxtlar Rusiya ilə Çin arasında artan intensivlik, Rusiya ilə İran arasında münasibətlərin faktiki müttəfiqlik səviyyəsinə qaldırılması hərbi əməliyyatlarla da müşahidə olunması, sırf bununla bağlıdır. Eyni zamanda Rusiya digər ölkələri də - MDB ölkələrini də - Azərbaycanı, Gürcüstanı bu mübarizədə öz yanında görmək istəyir.

Sergey Lavrovun məhz Bakı səfərinin səbəblərindən biri budur. Çünki Rusiya ilə Azərbaycan arasında "müttəfiqlik müqaviləsi" adlandırılan bir müqavilə imzalanıb və Rusiya maksimum özünə sərf edən şəkildə bu sənəddən istifadə etməyə çalışır. Bu, məsələnin bir tərəfidir.

İkinci tərəfi isə, Rusiya ilə Azərbaycanın həqiqətən də üst-üstə düşən maraqları ola bilər. Məsələn, Ermənistandakı Avropa İttifaqı missiyasının oradakı varlığı. Azərbaycan da bundan müəyyən qədər narahatdır. Ən azından bu missiyanın Azərbaycanla razılaşdırılmadığı bizi narahat edən məsələdir.

Moskva isə bunu Rusiyanın nüfuz dairəsinə müdaxilə, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq planlarının bir hissəsi kimi görür. Rusiya açıq şəkildə deyir ki, Vaşinqton Aİ missiyasını Ermənistana soxmaqla başlayan Vaşinqton-Moskva gərginliyinin bir ucunu gətirib Cənubi Qafqaza çıxarır. Bu, Rusiyanın mövqeyidir və Azərbaycanla Rusiyanın mövqeyi bu məsələdə üst-üstə düşə bilər.

Eyni zamanda Vardanyan məsələsi ola bilsin ki, müəyyən qədər də Azərbaycana Rusiya tərəfindən mümkün jest niyyəti ilə atılmış addım da ola bilər. Yəni Lavrov Bakıya yola düşməmişdən qabaq Azərbaycanla Avropa İttifaqı missiyası məsələsində ortaq maraqları, Ruben Vardanyanın istefaya göndərilməsi və s. bunları "papka"sında gətirdi ki, Azərbaycandan bunların əvəzinə həm Aİ missiyasına qarşı çox sərt mövqe nümayiş etdirməsini gözləsin, eyni zamanda Ermənistanla Azərbaycanın hansı şəkildə yaxınlaşmasını və ya hansısa ortaq bir məxrəcə gəlməsinin qarşısını almağa çalışsın və eyni zamanda potensial olaraq Azərbaycanla Ukrayna müharibəsində ən azı hansı şəkildə bu müharibə böyüyərsə, regional və yaxud qlobal xarakter alarsa, Azərbaycana müəyyən öhdəliklər qoyub öz tərəfinə çəkmək istəyirlər. 

Aydın məsələdir ki, hazırda Qərblə Şərq arasında və yaxud Vaşinqtonla Rusiya arasında bu konfrantasiyada Rusiya müəyyən qədər tələsir. Çünki Rusiyanın resurusları daha tez sıradan çıxa bilər və Rusiya maksimum sürətdə Yaxın Şərqə çıxış əldə etmək istəyir. Və bu çıxışın da yeganə yolu Azərbaycandır. 

Yəni Rusiya Azərbaycan olmadan İrana və İran üzərindən İraq, Suriya, Yaxın Şərqə çıxa bilməz. Ancaq çox qəribədir ki, Azərbaycan tərəfi də sanki Rusiyanın bu istəyinə yaşıl işıq yandırmağa tələsmir. Məsələn elə Azərbaycan tərəfinin Şərq-Qərb istiqamətində dəhlizlərə əhəmiyyət verməsi, Prezident Əliyevin həm Münhendə, həm Romada Orta Dəhlizin əhəmiyyətini vurğulaması onu deməyə əsas verir ki, Azərbaycan üçün Şərq-Qərb istiqamətində prioritet daha çox Orta Dəhlizdir, nəinki Rusiyanın Şimal-Cənub dəhlizi.

Bu məsələdə Azərbaycanın mövqeyi daha çox Britaniyanın, müəyyən qədər Aİ-nin və Vaşinqtonun mövqeyi ilə üst-üstə düşür, nəinki Rusiyanın mövqeyi ilə. Ona görə Azərbaycan Lavrovun paketini qəbul edəcək, amma böyük ehtimalla Moskvaya tez müsbət cavab verməyə tələsməyəcək. Çünki bu məsələdə Azərbaycanın strateji maraqları ola bilsin ki, Şimal-Cənub Dəhlizində iştirak etməməyi, əvəzində isə Orta Dəhlizi inkişaf etdirməyi gərəkdirsin".

Təhməz Əsədov Son.az

Adıyamanda qırılma xətti havadan görüntüləndi like
  • 28 Fev 13:54  
Digərləri Adıyamanda qırılma xətti havadan görüntüləndi

Türkiyənin Adıyaman şəhərində zəlzələdən sonra dağların arasından

arrow Ətraflı
Rusiya Azərbaycanla ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndirir like
  • 28 Fev 13:51  
Siyasət Rusiya Azərbaycanla ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndirir

Rusiya Azərbaycanla ikitərəfli siyasi əlaqələri yüksək qiymətləndirir.

arrow Ətraflı
Avtomobillər içməli su ilə yuyulur? like
  • 28 Fev 13:48  
Digərləri Avtomobillər içməli su ilə yuyulur?

Son vaxtlar suyun bəzi ərazilərdə fasilələrlə verilməsi paytaxt sakinlə

arrow Ətraflı
"Ermənistan sülh müqaviləsi ilə bağlı qeyrikonstruktiv mövqe nümayiş etdirir" like
  • 28 Fev 13:42  
Siyasət "Ermənistan sülh müqaviləsi ilə bağlı qeyrikonstruktiv mövqe nümayiş etdirir"

Üçtərəfli bəyanatların əhəmiyyəti qeyd edilib və vurğulanıb. Biz də

arrow Ətraflı
YARAT tanınmış və gənc rəssamların əsərlərini ictimaiyyətə təqdim edir like
  • 28 Fev 13:38  
Kriminal YARAT tanınmış və gənc rəssamların əsərlərini ictimaiyyətə təqdim edir

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssa

arrow Ətraflı
AğdamHindarxAğcabədi avtomobil yolunda like
  • 28 Fev 13:33  
Siyasət AğdamHindarxAğcabədi avtomobil yolunda

Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda minatəmizləmə əməliyyatları da

arrow Ətraflı
Bina hərraca çıxarılaraq kənd sakininə satılıb like
  • 28 Fev 13:32  
Digərləri Bina hərraca çıxarılaraq kənd sakininə satılıb

Tovuzun Əyyublu kəndində 53 ildir mədəniyyət mərkəzinin kənd diyarşün

arrow Ətraflı
Ceyhun Bayramov Laçın yolunda ekoaksiyanın like
  • 28 Fev 13:30  
Siyasət Ceyhun Bayramov Laçın yolunda ekoaksiyanın

Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəs

arrow Ətraflı
DYP əhaliyə müraciət etdi like
  • 28 Fev 13:25  
Digərləri DYP əhaliyə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edi

arrow Ətraflı
İranda daha iki məhkum edam edildi like
  • 28 Fev 13:24  
Digərləri İranda daha iki məhkum edam edildi

İranda daha iki məhkum edam edilib.

arrow Ətraflı
Bayramla əlaqədar bölgələrdə hotellərə rezervasiyalar başlayıb like
  • 28 Fev 13:18  
Digərləri Bayramla əlaqədar bölgələrdə hotellərə rezervasiyalar başlayıb

Novruz bayramı ilə əlaqədar hotellərdə rezervasiyalar başlayıb.

arrow Ətraflı
Səidədən romantik sözlər: "Nə yaxşı məni oğurladın" like
  • 28 Fev 13:10  
Şou-biznes Səidədən romantik sözlər: "Nə yaxşı məni oğurladın"

Müğənni Səidə Dadaşova həyat yoldaşını doğum günü münasibətilə t

arrow Ətraflı
"Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olundu like
  • 28 Fev 13:05  
Kriminal "Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olundu

Fevralın 25-26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Ko

arrow Ətraflı
ABŞ bu ölkəyə qarşı türklərdən istifadə edir like
  • 28 Fev 13:02  
Dünya ABŞ bu ölkəyə qarşı türklərdən istifadə edir

ABŞ vətəndaş müharibəsini alovlandırmaq və Çini zəiflətmək üçün �

arrow Ətraflı
Martın ilk gününə olan like
  • 28 Fev 12:58  
Digərləri Martın ilk gününə olan

Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı