Böyrəkköçürmə
Digərləri 25 Fev 2023 08:46:00 292 0
Xroniki böyrək çatışmazlığının müalicə üsullarından biri də diri donordan və ya meyitdən böyrəyin köçürülməsidir. Amma böyrəkköçürmədən sonra həyatın keyfiyyəti və reablitasiya dərəcəsi periton dializi və hemodializ alan xəstələrə nisbətən daha yüksəkdir. Böyrəkköçürmədən sonra 79% xəstələr praktiki normal həyat yaşayırlar, halbuki bu göstərici ambulator periton dializi alan xəstələr üçün 47%, proqram hemodializi alan adamlarda 59% təşkil edir. Böyrəkköçürmə əməliyyatı aşağıdakı xəstəliklər zamanı məsləhət görülür: - xroniki qlomerulpnefrit - hipertonik nefroangioskleroz - böyrək polikistozu - diabetik nefropatiya. Transplant böyrək 1/3 halda diri donordan, qalan hallarda meyitdən götürülür. Meyit böyrəyi donoru əvvəlki dövrdə sağlam olmuş şəxs olmalı, qəza nəticəsində baş beynin geriqayıtmaz zədələnməsini almış insanlar olur. Bütün onkoloji xəstələr, baş beynin ilkin şişlərindən başqa donor kimi işə yaramırlar. Müalicə olunmamış bakterial, göbələk, virus infeksiyaları da donorluğa əks göstərişdir. Uzun müddətli hipertoniya və ürəyin dayanması nəticəsində işemiya orqanı transplantasiya üçün yararsız edir. Anamnezində uzun müddətli şəkərli diabet, ürək-damar xəstəlikləri olan xəstələr donor olmaq istədikdə hərtərəfli yoxlanılmalıdırlar. Diri donordan böyrəkköçürmə daha üstünlüklərə malikdir. Transplantasiyadan 1 il sonra diri donordan götürülmüş transplantın yaşaması, meyit donora nisbətən 10-15% yaxşı nəticə verir. Donor adətən 16 - 65 yaşlarında, sağlam olmalıdır. Arterial təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri olan adamlar donorların siyahısına salınmırlar.
Bu xəbəri də oxu: Qan qrupuna görə xəstəlik riskləri açıqlandı
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Ole
İrəvanda "artsax respublikasının beynəlxalq səviyyədə tanınmasın�
Türkiyədə baş verən zəlzələdə yüksəkmərtəbəli binaların dağılma
Bədənin bir hissəsində olan səpgilər və qızartılar hansısa bir xəst
Bakıda restoranda kütləvi dava olub.
Böyrək vərəmi. Məhdud detruktiv proseslər (papillit) zamanı ancaq kirəc
"Ermənistan-Azərbaycan sülh danışıqları Qərb ssenarisi üzrə gedir
Daxili oqranların başqa xətəlikləri kimi böyrək xəstəlikləri zamanı d
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Er
MLS təmsilçisi "İnter Mayami"nin baş məşqçisi Fil Nevill klubun
Bakıda qadın xəstəxananın qarşısında döyülüb.
Revmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəli
Belarusun Soliqorsk şəhərində sərxoş qadın mətbəx qayçısını uşağ�