Böyrək xəstəliklərinin fitoterapiyası
Digərləri 25 Fev 2023 08:31:00 348 0
Daxili oqranların başqa xətəlikləri kimi böyrək xəstəlikləri zamanı da dərman bitkilərinin köməyi vasitəsilə bir-çox xəstəliklərin əlamətlərini aradan qaldırmaq mümkün olur. Tərkibində olan alkaloidlər, qlyukozidlər, kumarinlər, furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər, üzvi birləşmələr, mineral duzlar, mikroelementlər vasitəsilə dərman bitkiləri insanların sağlamlığıına müsbət təsir göstərir. Böyrək xəstəlikləri zamanı da bir-çox bitkilərin müalicəvi təsiri vardır ki, onların vasitəsilə bu xəstəliklərin nəinki, əlamətlərini azaltmaq, hətta sağaltmaq da mümkündür. Amma gərək bitkilərlə müalicə zamanı həkim məsləhətinə də qulaq asmaq lazımdır. Böyrək xəstəlikləri zamanı ardıc meyvəsi, tozağacı yarpağı, mərsin yarpağı, mərsin meyvəsi, gəndəlaş çiçəyi, peyğəmbərgülü çiçəyi, xoşəmbul otu, qırxbuğun otu, at pitrağı kökü, boyaqotu kökü, ayıqulağı yarpağı, qatırquyruğu otu, pişikdili otu, baldırğan toxumu, bağayarpağı yarpağı, biyan kökü, boymədəran otu, qaragilə yarpağı, böyrütkən yarpağı, qarğıdalı saçağı, quşəppəyi otu, damotu otu, dişqurtlayan çiçəyi, kar gicirtkən otu, keşniş toxumu, kəkotu otu, lavanda otu, limonotu otu, cirə toxumu, zirə toxumu, zimbirtikan kökü, zəfəran çiçəyi, itburnu meyvəsi, yarpız otu, kalendula çiçəyi, mayaotu qozası, meşəçiçəyi otu, səhləb kökü, mərcangilə yarpağı, mərcan meyvəsi, söyüd qabığı, çobanyastığı çiçəyi və s. istifadə olunur. Bu bitkilər böyrək xəstəlikləri zamanı aşağıdakı təsirlərə malikdir: - infeksiya əleyhinə təsir - iltihabı azaltmaq - ağrını azaltmaq və kəsmək - bədəndən suyu çıxartmaqla ödemi azaltmaq - arterial təzyiqi normallaşdırmaq - maddələr mübadiləsini tənzim etmək - bədən müqavimətini artırmaq - immun dəyişikliklərə qarşı mübarizə.
Bu xəbəri də oxu: Övladları 1ci sinifə gedən valideynlərin
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Er
MLS təmsilçisi "İnter Mayami"nin baş məşqçisi Fil Nevill klubun
Bakıda qadın xəstəxananın qarşısında döyülüb.
Revmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəli
Belarusun Soliqorsk şəhərində sərxoş qadın mətbəx qayçısını uşağ�
Hemofiltirasiya qanın tərkibindən kiçik molekulyar kütləyə malik maddəl�
"Space TV" bundan sonra başqa formatda yayıma davam edəcək.
Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan
Vətən Müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sa�
"İndependiente"nin yarımmüdafiəçisi Kendri Paez tezliklə "�
Bəzi hallarda allergiya əlamətləri ilə müşayiət olunan simptomlar digər
Rusiya Prezidenti Vladimir Putin son günlər dəfələrlə ictimaiyyət qarşı
Türkiyədə baş verən zəlzələlərdə dağılan və 105 nəfərin öldüyü