İrandakı azərbaycanlılar doğma dillərində danışmaq hüququndan məhrumdurlar
Siyasət 22 Fev 2023 12:33:00 363 0
İrandakı azərbaycanlıların öz doğma dillərində danışmaq hüququ İran hakimiyyəti tərəfindən tapdalanaraq onların mədəni özünüifadəsi məhdudlaşdırılır.
Bu xəbəri də oxu: Ermənistan delimitasiya komissiyasının tərkibi dəyişdi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "The Geopolitics" jurnalındakı məqalədə deyilir.
Müəllifin sözlərinə görə, Cənubi Azərbaycandan olan fəallar və təşkilatlar uzun müddət dil və mədəni hüquqlarının genişləndirilməsi naminə çıxış etsələr də, İran hakimiyyəti buna repressiyalarla cavab verib.
İran hakimiyyəti həmçinin kütləvi informasiya vasitələrində, ədəbiyyatda və incəsənətdə Azərbaycan dilindən istifadəni qadağan edib ki, bu da mədəni kimliyin əzilməsinə və İran cəmiyyətində Cənubi Azərbaycanın təmsil olunmamasına gətirib çıxarıb.
Bundan başqa, müəllif bu siyasət nəticəsində fars dilinin öyrənilməsi ilə bağlı problemlər səbəbindən İranın qeyri-fars bölgələrində tədris alanların böyük faizinin məktəbi erkən tərk etdiyini qeyd edir.
Müəllifin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan dilində təhsilin təşviqi və tətbiqi İrandakı azərbaycanlı tələbələrin akademik nailiyyətlərinə müsbət təsir göstərə bilər.
"Doğma dildə tədris tələbələrin daha çox iştirak, mədəni kimlik və öz irsinə görə qürur duyma hissini keçirməsinə kömək edə bilər. Bu həmçinin azərbaycanlı tələbələrin tədris olunan materialı daha yaxşı başa düşmələrinə və ondan yararlanmalarına kömək edəcək ki, bu da onların akademik nailiyyətlərini yaxşılaşdıracaq və təhsillərini tamamlama ehtimalını artıracaq", - məqalədə qeyd olunur.
Müəllifin sözlərinə görə, İran rejimi özünün zorakılıq tədbirlərindən əl çəkmək niyyətində deyil və onları əsarət yolu ilə saxlamağa çalışacaq.
"Görünür, İran hakimiyyətində heç kim başa düşə bilmir ki, qeyri-fars millətlər öz doğma dillərində təhsil almaq hüququna malik olsalar bu heç də fars dili üçün təhlükə törətməyəcək, əksinə insanlar öz doğma dillərində müvafiq təhsil almaq şansına malik olsalar, cəmiyyətdə hiddət və kütləvi iğtişaşların sayı azalar", - məqalədə deyilir.
Son.az
Türk aktyor Oktay Kaynarcanın adına saxta TikTok hesabı açılıb.
Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən universitetlər di
Azərbaycan Ordusunun mövqeləri dünən axşamdan (Fevralın 21-i saat 20:45-d
Türkiyənin Hatay bölgəsində baş verən 6,4 bal gücündə zəlzələ Mersi
Azərbaycandakı dini konfessiya rəhbərləri Xocalı soyqırımının ildönü
Erməni milyarder, avantürist Robert Vardanyanın Qarabağdan gedəcəyi tarix
Londonda fəaliyyət göstərən "The New Arab" nəşri Tehranda Azər
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Te
Bu gün Rusiyaya silah vermək və bütün AB-yə qarşı çıxmaq Çin üçün
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepin İslahiye rayonunda qu
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ili
90-cı illərdə Azərbaycana ərəb körfəzi ölkələrindəki terrorçu qrupl
İranda qadın polislər azyaşlı qızı hicaba əməl etmədiyi üçün vəhş
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan S
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika ü