Vali Kahramanmaraşda Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış olub
Dünya 22 Fev 2023 10:49:00 305 0
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan Samsun vilayətinin valisi Zülkif Dağlı, vilayətin baş prokuroru Sedat Çelik və polis rəisi Ömər Urhal Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib.
Bu xəbəri də oxu: AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı
Son.az-ın xəbərinə görə, onlar Azərbaycanın könüllü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirib, onlara minnətdarlığını ifadə ediblər.
Qeyd edək ki, təbii fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərdə könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika ü
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən s
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Naz
"İrandakı etiraz aksiyalarının yeni mərhələsi başlayıb və etiraz�
Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordus
Xəbər verdiyimiz kimi, "Dakkılı" ləqəbli sosial şəbəkə fəa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Sosial media fenomeni Şeyma Subaşının hərəkəti izləyiciləri hiddətlən
"SOCAR Türkiyə''nin Neft emalı və neft-kimya biznes vahidinin b
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�
Rusiya Prezidenti Vladimir Putinin müraciəti, eləcə də ABŞ prezidenti Co B
Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə İtaliyanın baş naziri Corc
Yaxın aylarda Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birg
Qloballaşan dünyada dillər ölüm-dirim savaşına sürükləniblər. Bu sava