XankəndiLaçın yolunda ekoaksiyanın 72ci günü:
Digərləri 21 Fev 2023 08:23:00 316 0
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş iki gündür davam edir.
Bu xəbəri də oxu: Yeni Klinika ilə bağlı mühüm dəyişiklik
Mİlli.Az Report-a istinadən xəbər verir ki, havanın küləkli, soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxt
"Qara dəniz taxıl təşəbbüsünün müddəti artıq bitir. Lakin bu lim
Xəstəliyin ilkin əlamətlərində kliniki əlamətlər zəif olur. Xəstələ
Bakının Nizami rayonunda ağır yol qəzası olub.
Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfərdən çək
Xroniki intersistal nefrit qeyri -infeksion xəstəlik olub prosesin ara toxumad
"Həyat yoldaşım hər gün alış-verişə gedir. Buna görə şadam ki,
Avropa Birliyinin (AB) mülki missiyası Azərbaycan və Ermənistan arasında s
Kokain ağız, burun və ineksiya vasitəsilə venaya daxil edilən maddədir. B
NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk ed�
Ardıcıl iki zəlzələ ilə viran qalan Türkiyənin Adıyaman bölgəsində d