Dietoloqa kimlər müraciət etməlidir?
Digərləri 21 Fev 2023 07:01:00 272 0
Uzun illərdir ki, dietologiya tibb elminin bir bölməsinə çevrilib. İnsanlar sağlam həyat tərzi yaşamaq üçün dietoloqların məsləhəti ilə qidalanır, onların göstərişlərinə əməl edirlər. Qəbul elədiyimiz gündəlik qidalar hava və su kimi orqanizmimizə lazımdır. Qidaların tərkibindəki maddələr sayəsində orqanizm ehtiyacı olan həyat əhəmiyyətli vacib maddələri qəbul edir. Onu da qeyd etmək lazımdır ki, orqanizmin sağlamlığı və ömrün uzunluğu qəbul edilən qidalardan çox asılıdır. Son bir-neçə onillikdə sağlamlıqlarının qayğısını çəkən isanlar qida rasionunu dietoloqların məsləhətlərinə uyğun tərtib edirlər. Düzgün olmayan qidalanma, stresslər, azhərəkətlilik, spirtli içki və siaret qəbulu, ayaqüstü yeməklər insanlarda bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olduğunu düşünsək dietoloqların məslətəhi ilə qidalanmaya üstünlük vermək olar. Çünki bu cür həyat rejimi ciddi xəstəliklərin - o cümlədən şəkərli diabetin, ürəyin işemik xəstəliklərinin, arterial təzyiqin, ateresklerozun meydana gəlməsinə səbəb olur. Bəs nə zaman dietoloqlara müraciət etmək lazım olduğunu bilirsinizmi? Həkimlər aşağıdakı hallarda dietoloqa getməyin mütləq olduğunu söyləyirlər: * artıq çəki, piylənmə * çəkinin normadan az olması * şəkərli diabet və digər endokrin xəstəliklər * maddələr mübadiləsi pozğunluqları zamanı * təngnəfəslik və şişkinlik olduqda * qanda xolesterolun miqdarı çox olduqda * mədə-bağırsaq xəstəlikləri * qaraciyər xəstəlikləri * ürək-damar xəstəlikləri * atereskleroz * müxtəlif qida allergiyaları * menopauza dövrü * orqanizmin ümumi təmizlənməyə ehtiyacı olduğu zaman * idman məşğələləri ilə məşğul olduqda * yuxu pozğunluqlarında * onurğanın müxtəlif hissələrində ağrılar olduqda. Düzgün seçilmiş dietoloq və düzgün qidalanma rejimi arterial təzyiqin normallaşmasına, çəkinin normaya düşməsinə, xroniki yorğunluq əlamətlərinin aradan qalxmasına, maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.
Bu xəbəri də oxu: İsmayıllıda ağır qəza ölənlər var
Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Art
Zülal-enerji aclığı, zülalsız qidalanma zamanı orqanizmdə zülalın və
Meksikada pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor Riçard
Aktrisa Selin Şekerci yeni layihə ilə tamaşaçılar qarşısına çıxmağa
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən dağıdıcı zəlzələ nətic
Əl və ayaq dırnaqları yalnız manikür etməkdən ötrü yaradılmayıb. Onl
Orqanizmin yoluxucu xəstəliklərdən qorunmasında iştirak edən qeyri-spesif
Müğənni Günel Zeynalova yeni kipində gəlin libası geyinəcəyini açıqla
Bu xəstəlik özünü oliqodipsiya, oliqouriya, böyrək və ürək xəstəlikl
Amerikalı müğənni Britni Spirs açıq-saçıq geyimdə rəqs edib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Rusiyanın Ufa şəhərində 10 yaşlı məktəbli, atası onunla oynamadığı