Ötən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib
Kriminal 20 Fev 2023 17:24:00 381 0
Ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu xəbəri də oxu: Heydər Əliyev Sarayında "Oyanış" adlı konsert proqramı keçirilib
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb.
2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.
Bu gün Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUM
Fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçıl
Əməkdar artist Vahid Əliyev keçirdiyi əməliyyatdan sonra ilk dəfə efirə
"Daily Mirror" və "Daily Express" kimi qəzetlərin naşiri
Bu ay ərzində Azərbaycanda 9 qadın qətlə yetirilib.
"İkinci dəfə ana olmaq istəyirdim. Bunun üçün dərmanlar qəbul etdi
Keçən həftədən etibarən Cənubi Qafqaza gəlib-gedən dövlət adamların�
Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan v
Rusiyanın Kursk vilayətində blindajda baş verən yanğın nəticəsində 6 h
Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxarı
Sərfəli qiymət qarşılığında üstün xidmət təklif edən "Nar"
"Facebook"da mavi işarə veb istifadəçiləri üçün aylıq 11,99 A