Ermənistanda kütləvi etirazlar
Dünya 20 Fev 2023 07:27:00 284 0
Ermənistanın Basarkeçər rayonunun sakinləri Nevroloji İnternat Məktəbində şagirdlərə qarşı aşkarlanmış qəddar rəftara etiraz əlaməti olaraq polis bölməsi, sonra isə məhkəmə binası qarşısında etiraz aksiyası keçiriblər.
Bu xəbəri də oxu: Şoltzun çıxışı gülüşə səbəb oldu
Son.az bildirir ki, bu barədə "report" Ermənistan mətbuatına istinadən xəbər verir.
İnternat məktəbi müəllimlərinin vəkili Stepan Davtyan məktəbin 3 əməkdaşının gecə saatlarında evə buraxıldığını, dünən məhkəmənin direktorun və psixiatrın həbsi ilə bağlı vəsatətə baxdığını bildirib.
"Bir neçə saatdır ki, 250-yə yaxın vətəndaş etiraz aksiyası keçirir. Biz məhkəmənin qərarına qədər burada qalacağıq", - o deyib.
"Nazirlik işin hallarının tam açıqlanması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək", - ölkənin Əmək və Sosial Məsələlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, ötən gün internat məktəbinin direktoru, psixiatrı, növbətçi santexnik və şöbələrdən birində növbətçi tibb bacısı bir sıra qanun pozuntularına görə saxlanılıb.
Xatırladaq ki, internat məktəbinə baxış zamanı şagirdlərin birinin çarpayısının radiatorların qarşısında döşəməyə atıldığı və xəstənin qarnına parça kəmər bağlandığı müəyyən edilib. Bundan başqa, məktəblərdən birinin arxası üstə uzanmış vəziyyətdə, əl-ayağının çarpayının dörd küncünə parça ilə bağlanması aşkarlanıb.
Kiyevə hərbi yardım məsələlərində F-16 qırıcılarının Ukraynaya təh
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bölgədə 6 mind
Dövlət qulluğundan istefa verdikdən sonra şəhri hərbi şirkətimi yaradac
TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu" serial
Əfsanəvi moda jurnalisti, dəb ikonu, "Vogue" jurnalının keçmiş
Ukrayna indi kifayət qədər silahla təmin olunub, lakin sursat az verilir.
"Son aylarda həmkarlarımızın istehsal etdiyi yeni filmlərimizə marağ
Son zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşan
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qır�
Burkina-Faso silahlı qüvvələrinin komandanlığı Fransanın "Sabre&quo