Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox?
Digərləri 20 Fev 2023 00:31:00 304 0
Son zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşanda elektron siqaret olduğunu deyirlər. Çəkənlərin fikrincə, bu aparat adi siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər. Lakin son zamanlar yayılan məlumatlara görə, bu aparatlar heç də təhlükəsiz deyil. Hətta onların insanların əlində partlaması ilə bağlı da məlumatlar var. Bəs, əslində, elektron siqaret nədir? Həqiqətən də, deyildiyi qədər zərərsizdirmi?
Bu xəbəri də oxu: COP29un dördüncü günündən
Elektron siqaret mağazasında satıcı işləyən Nazim Məcidli "Kaspi"yə açıqlamasında dedi ki, elektron siqareti adi siqaretdən içindəki maddələr, ziyanları fərqləndirir: "Hazırda satılan siqaretlərin içində karbonmonoksid, qətran kimi kimyəvi maddələr və s. maddələr var. Elektron siqaretin içində isə pambıq, onun da tərkibində yağ olur. Yağın tərkibi 3 hissədən ibarətdir: Glikol, gliserin və duzlu nikotin. Gliserin tüstünün çıxmağına kömək edir. Glikol isə ətirlə nikotinin qarışmağına səbəb olur. Duzlu nikotin qana tez qarışır. Tez təsir etdiyinə görə insanın siqaret çəkmək istəyini ertələyir. Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir".
Satıcı elektron siqaretlərin partlama riskindən danışarkən bildirdi ki, buna səbəb düzgün istifadə edilməməsidir: "Tək istifadəlik siqaretləri enerjiyə qoyurlar ki, daha çox istifadə etsinlər. Amma, əslində, onlar adapterlə doldurulmamalıdır. Elektron siqaret adapterdə olarkən partlaya bilər. Çünki mexanizm elə quraşdırılmayıb. Zavod istehsalı olanlar daha uzunömürlüdür və partlama baş verməsi qeydə alınmayıb".
N.Məcidli qeyd etdi ki, əslində, real həyatda nikotin maddəsi hər kəsə lazımdır: "Siqaret çəkməyən insanın da gündəlik istifadəsində nikotin var. Amma hamının müəyyən dozası mövcuddur. Siqaret çəkməyən insanın gündəlik nikotin dozası daha az olur. Siqaret çəkən bədənini nikotinə öyrəşdiribsə, gündəlik dozasını qəbul etməlidir ki, beyindəki bəzi vitaminlər ifraz olunsun və özünü rahat hiss etsin".
Satıcı elektron siqaretdən özünün də istifadə etdiyini və bunun fərqli bir istək olduğunu bildirdi: "Siqaret nəfəsimizin valını və həcmini çox daraldır. Elektron siqaret isə daha az təsir göstərir. Müsbət cəhəti iqtisadi baxımdan sərfəli olmasıdır. Həm də siqaret dişləri saraldır, ağızda bərbad bir qoxu yaradır, ətrafa bərbad iy saçır ki, bu siqaret çəkməyən insanların xoşuna gəlmir. Amma elektron siqaretin qoxusu normaldır, dişlərə də elə pis təsir etmir. Təbii ki, elektron siqaret də xeyirli deyil. Amma bir insan siqareti tərgitmək istəyirsə, elektron siqaret məsləhətdir. Çünki adi siqaretlə müqayisədə ziyanı daha azdır".
Pulmonoloq Əsəd Beydullayev isə dedi ki, elektron siqaretlər sadəcə siqareti tərgitmək istəyənlər üçün yaradılmış yeni bir məhsuldur: "2006-cı ildən etibarən meydana gələn elektron siqaretlər, əsasən, iki cür - nikotinli və nikotinsiz olur. Məntiqlə, ciddi bir fərq yoxdur. Hansı insanlar ki, siqaret çəkir və atmağı düşünür, sağlamlığa daha az zərər verəcək alternativ axtarırlar. Elektron siqaret məhz həmin insanları əldə etmək üçün kəşf olunub. Siqaretdən faydalıdır, daha az ziyanı var? Bunu indi üçün demək qeyri-mümkündür. Çünki elektron siqaretlər yeni dövriyyəyə çıxdığı üçün ortaya çıxmış xəstəliklərin araşdırılması elə ciddi aparılmayıb. Ənənəvi siqaret barədə isə yüz illərdir araşdırmalar gedir. Hansı xəstəlikləri yaratdığını da, müalicəsini də bilirik".
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qır�
Burkina-Faso silahlı qüvvələrinin komandanlığı Fransanın "Sabre&quo
Türkiyənın Adıyaman vilayətində zəlzələdə dağılan binanın podratç�
ABŞ Kiyevə Ukrayna Silahlı Qüvvələrinin istifadə edə bilməyəcəyi sila
Ukrayna Prezident Vladimir Zelenski 333 Rusiya vətəndaşına və Moskva Birjas
ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna hakimiyyətindən hücuma
Gürcüstanın Batumi şəhərini Sarpi ilə (Gürcüstan-Türkiyə sərhədi) b
"Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir".
ABŞ administrasiyası Rusiya Federasiyasına qarşı müdafiə, enerji və mali
Erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyanın bu &
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə
Rusiyanın kütləvi hava hücumuna qarşı çıxmaq üçün Ukrayna Silahlı Q�
Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil.
Rusiyanın Rostov-na-Donu şəhərində naməlum şəxs ticarət mərkəzində t