Rusiya Azərbaycandan nə istəyir?


Siyasət 17 Fev 2023 15:07:00 251 0

Rusiya Azərbaycandan nə istəyir?

"Vardanyan layihəsi və Azərbaycan-Rusiya dialoqu müxtəlif sferada, o cümlədən regional proseslərlə bağlı dialoq bir qədər fərqlənir. Yəni bizim Vardanyanla Rusiya sülhməramlıları ilə bağlı, Rusiyanın Qarabağın taleyi ilə bağlı, Bakının Moskva ilə gələcək planlarla bağlı ziddiyətləri var". 

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Rusiyanın əsas məqsəd regionda Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu bərpa etməkdir:

"Rusiya ilə Azərbaycanın maraqları üst-üstə gəlmir. İki ölkə arasında regionla bağlı ziddiyyətlər olduğu kimi qalmaqdadır. Hər-halda Vardanyanın Qarabağa qayıtması da bundan xəbər verir. 

Digər tərəfdən bizim Moskva ilə digər məsələlərlə bağlı baxışlarımız üst-üstə düşür. Misal üçün xarici qüvvələrin regionun proseslərinə qarışmaması ilə bağlı və yaxud da ki, Zəngəzur dəhlizinin açılmaması ilə bağlı bu məsələlərdə həm Azərbaycan, həm də Rusiya demək olar ki, həmrəy və həmfikirdirlər.

Nə Azərbaycan istəməz ki, regionda əlavə qüvvələr peyda olsun və Azərbaycan-Ermənistan gərginliyindən istifadə edərək öz maraqlarını diqtə etsin, digər tərəfdən də Rusiya istəməz ki, regiona digər oyunçular da qatılsın. Çünki bu, son nəticə etibarı ilə Moskvanın regiondakı nüfuzunu sıxışdırır. Ona görə də burada bizlə Moskva arasında olan dialoq çoxşaxəlidir. 

Bəzi məsələlərlə bağlı fikirlərimizin üst-üstə düşdüyü mövzular var, digər yandan Moskva ilə ziddiyətlərimiz və narahatlığımız var. Fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfəri, ardınca Putinin prezident İlham Əliyevlə telefon əlaqəsi yəqin ki, başqa məsələlərə yönəlib.

Rusiyanın əsas məqsəd regionda Ermənistanla Azərbaycan arasında vasitəçilik rolunu bərpa etməkdir. Azərbaycan buna etiraz etmir. Etiraz edən Ermənistan tərəfidir. Və indi söhbətlər gedir ki, bu vasitəçilik hansı formada bərpa olunsun və gündəmdə olan hansı məsələlər daha faydalı şəkildə müzakirə olunsun. Təxminən Bakıya Moskvadan olan səfərlərin də, edilən zənglərin də əsas məqsədi budur".

Təhməz Əsədov Son.az

Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər like
  • 17 Fev 14:59  
Digərləri Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər

Türkiyədə fəlakət zonasında təmizlənəcək dağıntıların həcmi 100 m

arrow Ətraflı
Bakıda 20 yaşlı qız itkin düşüb like
  • 17 Fev 14:56  
Digərləri Bakıda 20 yaşlı qız itkin düşüb

Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis

arrow Ətraflı
Yardım gecəsində ifası ilə milyonları ağlatdı like
  • 17 Fev 14:45  
Dünya Yardım gecəsində ifası ilə milyonları ağlatdı

Məşhur müğənni Karsu Dönməz Niderlandda zəlzələ qurbanları üçün 88

arrow Ətraflı
Aleksandr Darqomıjskinin 210 illik yubileyinə həsr olunmuş bayram tədbiri like
  • 17 Fev 14:29  
Kriminal Aleksandr Darqomıjskinin 210 illik yubileyinə həsr olunmuş bayram tədbiri

Bakıdakı "Rus Evi"ndə Aleksandr Darqomıjskinin 210 illik yubileyin

arrow Ətraflı
Avtomobilini icarəyə verdi, sürücünün cəriməsi onun adına yazıldı like
  • 17 Fev 13:50  
Digərləri Avtomobilini icarəyə verdi, sürücünün cəriməsi onun adına yazıldı

Avtomobili özü idarə etmir, amma cərimələr ona gəlir. Sürücü Söhrab C

arrow Ətraflı
Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar like
  • 17 Fev 13:46  
Siyasət Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar

Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soy

arrow Ətraflı
İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib like
  • 17 Fev 13:40  
Siyasət İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib

Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sah

arrow Ətraflı
Ermənistan yeni “ərazi itkiləri” ilə üzləşə bilər like
  • 17 Fev 13:39  
Digərləri Ermənistan yeni “ərazi itkiləri” ilə üzləşə bilər

İrəvanın Ankaraya yardım təmaslarının ölkələrarası münasibətləri y

arrow Ətraflı
Təbii fəlakət turizm sektoruna ciddi təsir göstərib like
  • 17 Fev 13:28  
Digərləri Təbii fəlakət turizm sektoruna ciddi təsir göstərib

Bəziləri ehtiyatdan, bəziləri isə aldığı psixoloji zərbəyə görə Tü

arrow Ətraflı
Məşhur repçi niyə psixiatriya klinikasındadır? like
  • 17 Fev 13:17  
Şou-biznes Məşhur repçi niyə psixiatriya klinikasındadır?

"Ciqan" ləqəbi ilə tanınan rusiyalı repçi Denis Ustmenko Vaynşt

arrow Ətraflı
Şənbə gününün like
  • 17 Fev 13:12  
Digərləri Şənbə gününün

Fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
6 ay sonra müharibə başlayır? like
  • 17 Fev 13:08  
Siyasət 6 ay sonra müharibə başlayır?

Bu gün Azərbaycan və Ermənistan liderlərinin növbəti Münhen dueli gerç�

arrow Ətraflı
Polietilen torbaların ödənişli olması ondan istifadəni azaldacaqmı? like
  • 17 Fev 13:06  
Digərləri Polietilen torbaların ödənişli olması ondan istifadəni azaldacaqmı?

Ölkədə polietilen torbaların pulla satışına başlanılıb. Yəni mağazal

arrow Ətraflı
Prezident Münxendə enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edir like
  • 17 Fev 12:56  
Siyasət Prezident Münxendə enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edir

Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Bor

arrow Ətraflı