6 ay sonra müharibə başlayır?
Siyasət 17 Fev 2023 13:08:00 279 0
Bu gün Azərbaycan və Ermənistan liderlərinin növbəti Münhen dueli gerçəkləşə bilər. Artıq dövlət başçımız 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Konfrans ərəfəsində - 17-19 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Əliyev kimi Paşinyanın da iştirakı gözlənilir.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Bu detal isə ikitərəfli görüşün və yaxud növbəti debatın keçirilmə ehtimallarını artırır. Ermənistan baş naziri bu görüşə çox hazırlıqlı yollanmağa çalışır. Dünən Paşinyanın səfər öncəsi sülh müqaviləsini partiya yoldaşları ilə qapalı qapılar arxasında müzakirə etməsi bu ehtimalları daha da artırır. Ermənistan Baş naziri bildirib ki, "müzakirələri mümkün qədər tez bitirmək lazımdır. Ararat Mirzoyanın Türkiyəyə səfərindən sonra münasibətlərin normallaşması ilə bağlı Ermənistanın gözləntiləri artıb".
Hətta Nikol Paşinyan onu da qeyd edib ki, rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı öz təkliflərini Bakıya göndərib. Bu cür bəyanatlarla heç şübhəsiz ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edərək İrəvanın Bakı ilə sülh danışıqlarında fəallıq göstərdiyi təəssüratı yaratmaq cəhdindən başqa bir şey deyil.
Çünki gün kimi aydındır ki, Nikol Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına yollanacaqdı və bununlada o, özü üçün Avropada növbəti dəfə "sülhpərvər" təəssüratı yaratmaq, belə bir imic formalaşdırmaq niyyətindədir. İrəvanın Bakıya göndərdiyi sülh mətnini dərhal keçmiş həmsədr dövlətlərə - ABŞ, Fransa və Rusiyaya da göndərməsi heç təsadüf, sıradan bir addım deyil.
Bununla İrəvan havadarları kimi ad qazanan bu dövlətlərə "sizin üçün zəmin hazırladım" mesajı verərək, Münhen konfransında və növbəti mərhələdə mövqeyinin dəstəklənməsi üçün addım gözlədiyi mesajını vermiş olur. Lakin Ermənistanın bu konfrans öncəsi hiyləsi bununla da yekunlaşmır. Belə ki, ermənilər bütün imkanlarını səfərbər edib, bir çox platformalarda, bir çox yollarla "Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır" fikrini yaymağa başlayıblar.
Bununla da Ermənistan yenidən "status" məsələsini aktuallaşdırmağa cəhd etmiş sayılır. Çünki Qarabağın təhlükəsizliyi məsələsi Azərbaycanın legitim haqqıdır və Azərbaycan 44 günlük müharibə ilə bu əraziləri işğaldan azad edərək öz ərazi bütövlüyünü təmin edib. Ermənistan tərəfi belə bir qərarla eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımadıqlarına eyham vurmuş olur.
Bu düşüncə tərzi ilə İrəvan hansı sülh danışıqlarından söhbət edir?
Artıq Münhen Təhlükəsizlik Konfransında iştirakı təsdiqlənən Ermənistanın baş naziri Nikol Paşinyanın bu tribunadan istifadə edib, Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istədiyi zərrə qədər də şübhə doğurmur.
Belə məlum olur ki, Paşinyana və beynəlxalq aləmə hər dəfə anlatmaq lazımdır ki, Qarabağda separatçılar tərksilah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq. Bu məsələ isə yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində tənzimlənə bilər.
Buradan belə qənaətə gələ bilərik ki, Nikol Paşinyanın partiyadaşları ilə hazırlayıb, Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də Bakı ilə İrəvan arasında sülhlə bağlı hər hansı bir irəliləyişi gözləmək yersizdir.
Hadisələr isə eynilə Vətən müharibəsindən öncəki prosesləri çox xatırladır. 44 günlük müharibədən öncə - 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevlə Nikol Paşinyanın debatı təşkil olunmuşdu. Paşinyanın "kokeyşn büro" söhbəti ilə yadda qalan, İrəvanın fiaskoya uğraması ilə tarixə köçən debat həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi kimi yaddaşlardadır.
Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Paşinyanın "Qarabağ Ermənistandır" şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Həmin debatdan 6 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi. Və o müharibə bir çox şeyi kökündən dəyişdi...
Artıq regionda həmin debatın keçirildiyi tarixdəki geosiyasi vəziyyətlə indiki geosiyasi durum tamamilə fərqlidir. Azərbaycan İkinci Qarabağ müharibəsi ilə regionda reallığı xeyrinə dəyişməklə yanaşı, postkonflikt dövründə bu mövqeyini daha da möhkəmləndirmiş oldu.
Şübhə edilmir ki, bu dəfə də Münhendə iki ölkə lideri arasında yenə debat keçirilərsə, gərginliyi ilə yadda qalacaq. Çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində olmadığını hər vəchlə bəyan edir, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər. Bu isə növbəti eskalasiya riskini artırmağa xidmət edir.
Lakin Ermənistanın Nazirlər Kabinetindən edilən son açıqlamada bildirilib ki, Münxendə İlham Əliyev və Paşinyan arasında görüş planlaşdırılmır. Bu, yenə də görüşün baş tutmayacağı anlamına gəlmir. Hətta ehtimal edilir ki, debat olmasa belə dövlət başçılarının bağlı qapılar arxasında ikitərəfli görüşü təşkil edilə bilər və bu barədə mətbuat görüşdən sonra xəbər tuta bilər.
İstənilən halda Nikol Paşinyanın Azərbaycanla Bakının sülh paketi çərçivəsində razılaşacağı inandırıcı deyil. Rəsmi İrəvanın Fransa və İranın təkidi ilə manipulyasiyaları daha da gücləndirdiyi bir vaxtda Bakıya əl uzadacağı həmin qüvvələr üçün paradoksal qərar görünməklə yanaşı, Paris və Tehrana arxadan zərbə effekti verə bilər. O səbəbdən inandırıcı deyil ki, İrəvan birdən-birə ona özü qədər doğma gözü ilə baxan, bir ananın "qızları" nəzərdən yanaşan İran molla-fars rejiminin və firənglərin etimadını ayaq altına atacaq qərar qəbul edib qətiyyət, cəsarət sahibi olsun.
Amma Ermənistan 70 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan arasında mövcudluğunu qorumaq istəyirsə, nifrəti kənara qoyub, onun-bunun fikri, sözü-tapşırığı əsasında addım atmaq qərarlarından imtina edərək sülhü və əməkdaşlığı seçməlidir. Yoxsa Ermənistan 200 ildir arzuladığı dövlətçiliyini bu dəfə birdəfəlik itirəcək.
Təhməz Əsədov Son.az
Ölkədə polietilen torbaların pulla satışına başlanılıb. Yəni mağazal
Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Bor
Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soy
Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimova bu gün avtomob
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Əgər sülh müqaviləsində Qarabağın statusu ilə bağlı bənd yoxdursa, o
Təbrizin kiçilməsi dünənin və ya bu günün məsələsi deyil. Azı 100-15
Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləc
Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) mayın 14-d�
Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına yardım edən mə�
Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsi
Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənu
Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliye