Zakir Həsənovun yoxlamasında
Siyasət 17 Fev 2023 12:38:00 356 0
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu xəbəri də oxu: İrəvanın “gizli rəhbəri” hərəkətə keçdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Müdafiə naziri döyüş mövqelərinə gələrək əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib. Qeyd olunub ki, müasir texniki avadanlıqla təchiz olunmuş mövqelərdə qarşı tərəfin bütün fəaliyyətləri fasiləsiz müşahidə edilir.
Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə çay süfrəsi arxasında söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.
Sonda müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
Bu yoxlama-təftiş səfərində diqqət çəkən nüans da var.
O detal əsgər kazarmasında divarda olan xəritədir.
Xəritədə Zənəzur və Qazax mahalı fərqli rənglərdə göstərilib.
Qədim yurd yerlərimiz MN-nin xüsusi diqqət obyektidir.
Orxan Hun Son.az
Əgər sülh müqaviləsində Qarabağın statusu ilə bağlı bənd yoxdursa, o
Təbrizin kiçilməsi dünənin və ya bu günün məsələsi deyil. Azı 100-15
Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləc
Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) mayın 14-d�
Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına yardım edən mə�
Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsi
Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənu
Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliye
Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb.
İsveçrənin "Diprospan" ticarət adlı dərman vasitəsinin bəzi se
Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İskəndər Mehtiyevi qətlə yet
Bəzən Ukrayna və Qərb ölkələrinin mətbuatı xalqa, eyni zamanda hərbçi
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.