Küsülüləri barışdıran, şairi yatmağa qoymayan mahnı “Bir könül sındırmışam”ın
Digərləri 16 Fev 2023 22:08:00 250 0
1972-ci il mayın 10-u. Qəlb qıran bir şairin "Bir könül sındırmışam" deyərək könül alması...
Bu xəbəri də oxu: Bələdiyyə seçkilərində namizəd olan ÖLDÜ
Billur kimi bir ürək, Bir könül sındırmışam...
Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Hətta sözlərinin kimə aid olduğunu da...
Yaddaşımızda mahnıların hər biri fərqli xatirə ilə kodlanıb. Mahnını eşitmək həmin xatirələri oyadır.
Şövkət Ələkbərova ifasında "Bir könül sındırmışam"... Azərbaycan estradasının ən sevilən mahnılarından biri...
Bəs, bu mahnının tarixindən xəbəriniz varmı?
Deyilənə görə, mahnının ilk orijinal formasında "Bir şüşə sındırmışam" misraları varmış. Amma məsləhətləşərək "Bir könül sındırmışam" qoyulur.
Bu sözlərin yaranışı çox özəl və real hadisələrə istinad edir. Əslində həmin hadisələrin həqiqətdə necə baş verməsi bu gün də çoxları üçün qaranlıqdı. Çünki həmin əhvalatın bu günümüzə bir neçə versiyası gəlib çıxıb. Və biz, adi dinləyicilər də hansının həqiqət, hansınınsa sadəcə ehtimal olduğunu dəqiq söyləməyə çətinlik çəkirik.
Amma bununla belə eşitdiklərimiz içərisində belə bir hadisədən bəhs edilir...
Günlərin bir günündə şair İslam Səfərli "Sahil" qəsəbəsindəki Əlfi Qasımovun evində qonaqlıq zamanı süfrə arxasında özü də bilmədən saf qəlblə nə deyirsə, qadın dostlarından biri ondan inciyir. Qəlbi uşaq qəlbi qədər saf olan şair bütün gecəni yata bilmir. "Axı, nə üçün o, məndən incisin", - deyərək əlinə kağız-qələm götürür və ürəyindən keçənləri ağ vərəqə köçürür:
Qəbahətim böyükdür Ay ellər, dünən axşam Dünən axşam çağı Billur kimi bir ürək Bir könül sındırmışam...
İslam Səfərli
Həmin vaxt şairin yaxın dostu Əlfi Qasımov da bu məclisdə olduğundan İslam Səfərli hələ hava işıqlanmamış yazdığı şeiri götürüb, onun yanına yollanır.
Əlfi Qasımovun da bağı İslam Səfərlinin bağı ilə yanbayan idi. Səhərin altoranlığında Əlfi Qasımov pəncərənin astadan döyülməsini eşidir. Pəncərənin qabağında yatan Əlfi Qasımov boylanıb İslam Səfərlini görür.
- Gecənin bu vaxtı xeyir ola, ay İslam, nə olub, bir şey yoxdur ki?
- Yoxdur da sözdür, hələ ki, yatmamışam. Dünənki məclisdə neçə il duz-çörək kəsdiyim adam məndən incidi. Heç özüm də bilmədim, bu necə oldu? Qulaq as, bu şeiri təsirdən yazmışam.
Əlfi Qasımov şeiri dinləyib təsirlənir. Deyir:
- İslam, sənin doğrudan da böyük ürəyin var. Bu şeirdən sonra səndən heç kəs inciməz. Get bundan sonra gözünün dincini bir az al, hər şey yaxşı olacaq...
Əlfi Qasımov
Bir sözlə, bütün bunlar bu günümüzə çatan və mahnının yaranışı ilə bağlı olan mülahizələrdi.
Tezliklə bu şeirə tanınmış bəstəkar Ramiz Mirişli həmişəyaşar bir musiqi bəstələyir. Mahnını 1971-ci ildə bəstəkar Ramiz Mirişli Xalq artisti Şövkət Ələkbərovaya təqdim edir. Sözləri İslam Səfərliyə məxsus olan mahnı Şövkət Ələkbərovanın çox xoşuna gəlir.
Beləliklə, Şövkət Ələkbərova "Dan Ulduzu" ansamblının müşayiəti ilə mahnını ifa edir.
Şövkət Ələkbərova
Yeri gəlmişkən, onu da qeyd edək ki, Şövkət Ələkbərovanın ifası ilə bağlı mahnının tarixində çox maraqlı bir məqam baş vermişdi. Belə ki, mətndə olmayan bir kəlmə söz mahnıya əlavə olunur.
Mahnının mətnində "Ay ellər, dünən axşam, dünən axşam" olsa da, Şövkət xanım bu sətrə "çağı" sözünü əlavə edir.
Beləliklə, Ramiz Mirişlinin musiqisi, İslam Səfərlinin sözləri, Şövkət Ələkbərovanın qüdrəti ifası və "Dan Ulduzu"nun bənzərsiz müşayiəti sonucda möhtəşəm bir təqdimatla nəticələnir.
Nə az, nə çox düz 51 il keçib mahnının yaranmasından. Amma bu mahnı hələ də yaşayır, səslənir və sevilir.
Bu dövrlər ərzində onun çoxsaylı ifaçıları olub. Şövkət Ələkbərovadan sonra 1973-cü ildə mahnıya ilk dəfə kişi sənətçi Rauf Adıgözəlov müraciət edir və mahnı onun ifasında da sevilir.
Ramiz Mirişli
Mahnının ən sevilən ifaçılarından biri isə Elmira Rəhimovadır. Sonradan mahnı Nəzakət Teymurova, Aygün Bəylər, Aybəniz Haşımova, Firuzə İbadova, Baloğlan Əşrəfov və digər sənətçilərin ifasında səslənib.
80-ci illərin ortalarında Türkiyənin məşhur müğənnisi Neşə Karaböcək mahnını "Kabahatim Büyükdür" kimi oxuyur və mahnı Türkiyədə məşhurlaşır.
Bu da belə... İfası ilə ürəklərə yol tapan mərhum Şövkət Ələkbərovanın bu mahnısını dinlədikcə sanki bütün küsülülər barışacaq.
ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin komandanı İranın Amer
Qırmızı lobya zülal, lif mənbəyi olsa da, bir çox insanlara və bəzi xə
Rusiya Dövlət Duması və Federasiya Şurası fevralın 22-də Rusiyada hərbi
Türkiyə hər zaman Ermənistanın Azərbaycanla münasibətləri bərpa etməs
Xankəndidəki separatçı rejim üzvləri arasında gərginlik davam edir. Yax�
Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu so
"Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tə
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin "Avropa institutlar
İran rejimi xarici qüvvələri, ilk növbədə, təbii ki, İsraili ölkədək
Allah Təala İbrahim peyğəmbərə (ə. s.) belə əmr etmişdi:
İranın tanınmış alimlərindən olan və bütün "yaradıcılığı&quo
"Tərtər işi" ilə bağlı həbs edilən - Rəşid Niftəliyev, Rami
Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu
Azərbaycanla sülh və münasibətlərin qurulması ilə bağlı müqavilə lay