İranın məşhur agenti Xankəndidə: necə gəlib? –


Siyasət 16 Fev 2023 21:54:00 274 0

İranın məşhur agenti Xankəndidə: necə gəlib? –

İranın tanınmış alimlərindən olan və bütün "yaradıcılığı" Azərbaycana qarşı yönələn Ehsan Müvəhhedianın Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində separatçı-terrorçu fəaliyyətini davam etdirməyə çalışan Ruben Vardanyanla geniş müsahibəsi dərc olunub.

Son.az axar.az-a istinadən bildirir ki, müsahibədə Müvəhhedianın Azərbaycana qarşı ənənəvi kəskin mövqeyi, ölkəmizi aşağılayan və ərazi bütövlüyümüzü şübhə altına alan yanaşması və istiqamətləndirici-təxribatçı suallara "cavab axtarması" bizim üçün artıq təəccüblü deyil.

Amma müsahibədə diqqət çəkən nüanslar var:

1. Vardanyan müsahibədə bildirir ki, "bu gün Laçın yolunun bağlanmasının 55-ci günüdür".

Müsahibə İranın nüfuzlu "Şərq" qəzetində bazar ertəsi - yəni Laçın yolunda keçirilən aksiyanın 64-cü günündə dərc edilib. Belə məlum olur ki, müsahibə tam 9 gün gecikdirilib. Niyə Vardanyanla götürülən müsahibə 9 gün gecikmə ilə dərc edilməlidir?

2. "Şərq" qəzetində dərc edildikdən sonra xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycana qarşı aktiv təbliğat aparan "Azariha" da daxil olmaqla, İranın 10-dan çox saytı bu müsahibəni tirajlayıb. Ancaq cəmi bir gündən sonra "Şərq" qəzeti də daxil olmaqla, bütün saytlardan silinib. Yalnız "diqqətdən kənarda qalan" bir saytda müsahibə hələ də qalmaqdadır.

Maraqlıdır, 9 gün gecikdiriləndən sonra dərc edilən müsahibə bir günün içində bütün saytlardan hansı tapşırıq əsasında silinib? Bu silinmənin səbəbi nədir?

Bu suallara cavab verməyə çalışaq:

Vardanyan "Laçın yolunun bağlanmasının 55-ci günündən" danışırsa, müsahibə 4 fevralda alınıb. Vardanyanın isə Xankəndidən Moskvaya gizli yolla getməsi barədə xəbər 8 fevralda yayılmışdı, geri qayıtması 14 fevralda üzə çıxdı.

Vardanyan bu müsahibədən 2-3 gün sonra Xankəndidən çıxmışdı. Həmin müddətdə müsahibənin dərc edilməməsinin səbəbi:

- Müvəhhedian Xankəndidə olub və orada müşahidələr aparıb, məlumatlar toplayıb, həm də Vardanyanla görüşüb. Mümkündür ki, Ehsan Müvəhhedian Vardanyanla birgə Xankəndidən çıxıb, Vardanyanla söhbətini isə Rubenin Xankəndiyə qayıtdığı günə qədər ləngidib.

- Müsahibə götürülərkən (və yaxud Vardanyanla söhbət edərkən) Vardanyan Moskvaya gedəcəyini deyib, Müvəhhedian da onun Rusiyadan qayıdıb-qayıtmayacağı aydınlaşana qədər söhbəti tirajlamağı təxirə salıb. Yəni müsahibənin dərhal ardından Rubenin qaçdığı və geri qayıtmadığı təsdiqlənərdisə, Müvəhhedianın "təmtəraqlı mübarizə haqda" balladasının erməni-fars əfsanəsi olduğu hər kəsə bəlli olardı.

O ki qaldı müsahibənin bütün İran saytlarından silinməsinə, burda bəzi informasiyaların müəllifi və İranın xüsusi əməliyyatını ələ verməsindən ehtiyat edildiyi ehtimalı güclüdür:

- Müvəhhedian jurnalist deyil, alimdir, onun "müsahibə janrına" müraciət etməsi, həm də Vardanyandan açıqlama alması maraq doğurur. Niyə Vardanyandan hansısa jurnalist yox, Azərbaycana qarşı aqressiv mövqeyi ilə seçilən iranlı alim, beynəlxalq əlaqələr üzrə ekspert, Əllamə Təbatəbai Universitetinin müəllimi olan Müvəhhedian müsahibə alıb?

Onun qəfildən Tehrandan Vardanyana telefon açması və müsahibə alması qətiyyən inandırıcı deyil. Alim, diplomat Müvəhhedian məhz Xankəndidə Vardanyanla üzbəüz həmsöhbət olub.

Bu iddiamızı gücləndirən daha bir sübut: Müvəhhedian vaxtaşırı olaraq Azərbaycana qarşı açıqlama və yazılarla çıxış edir. Onun bu müsahibədən öncəki yazısı 28 yanvar 2023-cü ildə "Diplomasi İrani" saytında yayımlanıb (Müvəhhedian həm də bu saytın yazarıdır): məqalə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı İranın gülünc versiyası və Azərbaycana qarşı ittihamlardan ibarətdir. 13 fevrala - Vardanyanla müsahibənin dərc olunduğu tarixə qədər Müvəhhedianın nə yazarı olduğu saytda, nə də digər media qurumlarında yazısı və müsahibəsi yoxdur. Bu, onun həmin tarixlər arasında İranda olmadığı, Xankəndiyə getdiyi və separatçılarla qapalı görüşlər keçirdiyi təəssüratı yaradır.

Və nəhayət, cavabı özündə olan daha bir sual da var: Müvəhhedian niyə müsahibəni İran hökumətinə birbaşa bağlı olan, ölkənin xarici siyasətini əks etdirən "Diplomasi İrani"də deyil, islahatçılara bağlı "Şərq"də dərc etdirməli idi?

Çəyirtkə yemək olar? like
  • 16 Fev 21:50  
Digərləri Çəyirtkə yemək olar?

Bütün məzhəblər çəyirtkə yeməyin halallığı məsələsində həmfikir

arrow Ətraflı
"Tərtər işi" ilə bağlı zərərçəkmişlərin adları məlum oldu – like
  • 16 Fev 21:46  
Digərləri "Tərtər işi" ilə bağlı zərərçəkmişlərin adları məlum oldu –

"Tərtər işi" ilə bağlı həbs edilən - Rəşid Niftəliyev, Rami

arrow Ətraflı
İlıq su limonla  müalicəvi və profilaktik vasitə like
  • 16 Fev 21:45  
Digərləri İlıq su limonla müalicəvi və profilaktik vasitə

Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu

arrow Ətraflı
"Sülh sazişi üzərində iş gedir, təsdiq edirəm ki..."  Paşinyandan like
  • 16 Fev 21:44  
Siyasət "Sülh sazişi üzərində iş gedir, təsdiq edirəm ki..." Paşinyandan

Azərbaycanla sülh və münasibətlərin qurulması ilə bağlı müqavilə lay

arrow Ətraflı
Zəlzələdə vəfat edən Şahinin dayısı: "Gördüklərim məni şoka saldı, like
  • 16 Fev 21:43  
Digərləri Zəlzələdə vəfat edən Şahinin dayısı: "Gördüklərim məni şoka saldı,

Türkiyədə zəlzələ baş verən gün məlumat aldıq ki, bacım oğlu Şahin

arrow Ətraflı
Paşinyan yeni hiyləyə əl altdı – “Bakıya göndərdiyi like
  • 16 Fev 21:41  
Siyasət Paşinyan yeni hiyləyə əl altdı – “Bakıya göndərdiyi

"Paşinyan və beynəlxalq aləmi hər dəfə başa salmaq lazımdır ki, Q

arrow Ətraflı
Cinlər və pis yuxu görmək like
  • 16 Fev 21:40  
Digərləri Cinlər və pis yuxu görmək

Cinlər insanın yuxusuna girə bilər. Çünki Allah Təala cin şeytanlarına

arrow Ətraflı
Rusiyadan təhlükəli qərar: SSRİnin dağılmasından sonra like
  • 16 Fev 21:39  
Siyasət Rusiyadan təhlükəli qərar: SSRİnin dağılmasından sonra

"Rusiya Şimal Donanmasındakı taktiki nüvə silahı olan gəmilərini Qa

arrow Ətraflı
Həzmi rahatlaşdırır, depressiyanı yüngülləşdirir – like
  • 16 Fev 21:35  
Digərləri Həzmi rahatlaşdırır, depressiyanı yüngülləşdirir –

Dazıotu çoxillik qayalarda bitən və günəşi sevən bitkidir.

arrow Ətraflı
Artıq çəki insan ömrünü 8 il qısaldır like
  • 16 Fev 21:30  
Digərləri Artıq çəki insan ömrünü 8 il qısaldır

Məhşur "Lancet Diabetes and Endocrinology" jurnalında maraqlı ara�

arrow Ətraflı
Rusiyada əsəbləri sakitləşdirən pendir hazırlandı like
  • 16 Fev 21:25  
Digərləri Rusiyada əsəbləri sakitləşdirən pendir hazırlandı

Rusiya Bioltexnoloji universitetin alimləri xüsusi sakitləşdirici otlarla z�

arrow Ətraflı
Araya vasitəçi qoyub dua etmək düzgündür? like
  • 16 Fev 21:20  
Digərləri Araya vasitəçi qoyub dua etmək düzgündür?

Süleyman Çələbinin Mövlud əsəri kimi kitablarda bu cür dualar var. Lakin

arrow Ətraflı
Dərini gözəlləşdirən maya maskaları. like
  • 16 Fev 21:15  
Digərləri Dərini gözəlləşdirən maya maskaları.

Çörək mayası dəriyə çox müsbət təsir edir - yumşaldır, cavanlaşdır

arrow Ətraflı
Valideyndən xəbərsiz kəbin like
  • 16 Fev 21:10  
Digərləri Valideyndən xəbərsiz kəbin

Sual: Cavanlar valideynlərindən xəbərsiz kəbin kəsdirirlər. Onlar müntə

arrow Ətraflı
6 aylıq oğlumu tüpürcəyimlə bəslədim, amma...  9 gün dağıntılarda like
  • 16 Fev 21:05  
Digərləri 6 aylıq oğlumu tüpürcəyimlə bəslədim, amma... 9 gün dağıntılarda

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələnin 202-ci saatında dağın

arrow Ətraflı