Bu bələdiyyə sədrləri ilə bağlı cinayət işi başlanılıb


Digərləri 15 Fev 2023 11:13:00 287 0

Bu bələdiyyə sədrləri ilə bağlı cinayət işi başlanılıb

2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzədə qeyd edilib.

Bildirilib ki, bu məqsədlə aparılan araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb. Onlardan bəziləri qeyd olunur:

- Qusar rayonu Kuzun bələdiyyəsinin sabiq sədri tərəfindən bələdiyyə iclasının qərarı olmadan təkbaşına icarə müqaviləsi tərtib edilməklə 510 ha örüş sahəsinin qanunsuz icarəyə verilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

- Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsipinə zidd olaraq təkbaşına qərar qəbul edilərək 9,48 ha torpaq sahəsinin icarəyə verilməsi barədə saxta iclas protokollarının və qərarların tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

- Beyləqan rayonu İmamverdili bələdiyyəsinin sabiq sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına qərar qəbul edilərək 7,30 ha torpaq sahəsinin qanunsuz icarəyə ayrılması, təmir-abadlıq işlərinin görülməsi adı altında yerli büdcə vəsaitinin qanunsuz xərclənməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

- Şamaxı rayonu Günəşli bələdiyyəsinin sabiq sədri tərəfindən bələdiyyə iclasının qərarı olmadan 2,88 ha torpaq sahəsinin real dəyərindən 50 min manat aşağı qiymətə qanunsuz satılaraq dövriyyədən çıxarılması, həmçinin təmir-abadlıq işlərinin görülməsi adı altında yerli büdcə vəsaitinin xərclənməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb

- Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır.

- Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid 28 ha torpaq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Zərdab rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 179.2.2-179.2.4-cü (mənimsəmə və ya israf etmə), 309.1-ci, 312.1-ci (rüşvət vermə) və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunanlarla yanaşı, Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Həmçinin Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır.

Ötən il bələdiyyələrin qanunsuz ayırdığı torpaq sahələri məlum olub like
  • 15 Fev 11:11  
Digərləri Ötən il bələdiyyələrin qanunsuz ayırdığı torpaq sahələri məlum olub

2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14

arrow Ətraflı
Elnur Məmmədova ağır itki like
  • 15 Fev 11:08  
Şou-biznes Elnur Məmmədova ağır itki

Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədova ağır itki üz

arrow Ətraflı
İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu göndərib like
  • 15 Fev 11:07  
Siyasət İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktub

arrow Ətraflı
Fəhlə işləyən Söyüdbalanın adına 5 şirkət, 1,5 milyon manat vergi borcu var  VİDEO like
  • 15 Fev 11:01  
Digərləri Fəhlə işləyən Söyüdbalanın adına 5 şirkət, 1,5 milyon manat vergi borcu var VİDEO

Fəhləliklə məşğul olan Hacıqabul rayon sakini Söyüdbala Cəfərovun öz

arrow Ətraflı
Avrora Qrup onkoloji xəstəlikləri olan uşaqları sevindirib  FOTO like
  • 15 Fev 11:00  
Digərləri Avrora Qrup onkoloji xəstəlikləri olan uşaqları sevindirib FOTO

Avrora Qrup onkoloji xəstəlikləri olan uşaqları sevindirib.

arrow Ətraflı
Ölkə ərazisində nəzarətkassa aparatları vasitəsilə ödənişlər artıb like
  • 15 Fev 10:52  
Digərləri Ölkə ərazisində nəzarətkassa aparatları vasitəsilə ödənişlər artıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa apar

arrow Ətraflı
Bu məhsulların da qiyməti artıb  VİDEO like
  • 15 Fev 10:51  
Digərləri Bu məhsulların da qiyməti artıb VİDEO

Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarının da q

arrow Ətraflı
Kahramanmaraşda yenə zəlzələ olub like
  • 15 Fev 10:49  
Digərləri Kahramanmaraşda yenə zəlzələ olub

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ baş verib.

arrow Ətraflı
"Pandemiya dövründə belə Azərbaycan vətəndaşı bu böhranı çox da hiss etmədi" like
  • 15 Fev 10:40  
Digərləri "Pandemiya dövründə belə Azərbaycan vətəndaşı bu böhranı çox da hiss etmədi"

Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatlar insanların rifah

arrow Ətraflı
Azərbaycan könüllüləri Mehriban Əliyevaya müraciət edib like
  • 15 Fev 10:32  
Siyasət Azərbaycan könüllüləri Mehriban Əliyevaya müraciət edib

Azərbaycan könüllüləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon

arrow Ətraflı
Dima Bilanla Nigar görüşdü  VİDEO like
  • 15 Fev 10:31  
Şou-biznes Dima Bilanla Nigar görüşdü VİDEO

Müğənni Nigar Camal duet ortağı Dima Bilanla Moskvada görüşüb.

arrow Ətraflı
Şəhid Orxan Əsgərovun atasının Cahit Bağcı ilə görüşü olub  FOTO like
  • 15 Fev 10:30  
Digərləri Şəhid Orxan Əsgərovun atasının Cahit Bağcı ilə görüşü olub FOTO

"Beynəlxalq Əlillər Cəmiyyəti" (BƏC İB) və "Türk Dünyas

arrow Ətraflı
Rusiyalı xilasedicilər Türkiyədə işlərini bitirdilər like
  • 15 Fev 10:20  
Digərləri Rusiyalı xilasedicilər Türkiyədə işlərini bitirdilər

Rusiyalı xilasedicilər Türkiyədə zəlzələ bölgəsində işini bitirərə

arrow Ətraflı
"81" piyadaları vurub, “Saipa”nın üstünə atdı  Ölən var like
  • 15 Fev 10:12  
Digərləri "81" piyadaları vurub, “Saipa”nın üstünə atdı Ölən var

Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

arrow Ətraflı