Ötən il bələdiyyələrin qanunsuz ayırdığı torpaq sahələri məlum olub
Digərləri 15 Fev 2023 11:11:00 299 0
2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Bu xəbəri də oxu: Təcili yardım maşını piyadanı vuraraq öldürdü
Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzədə qeyd edilib.
Nəticədə 1.045 ha torpaq sahəsinin mülkiyyətə, 12.043 ha torpaq sahəsinin icarəyə, 1 ha torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilmiş, bütövlükdə 13.089 ha (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir. 911 ha torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.
Bələdiyyə aktlarının ləğvi və dəyişdirilməsi nəticəsində onların mülkiyyətinə və ya sahibliyinə qaytarılmış torpaq sahələrinin 7.423 hektarını örüş sahələri təşkil edir. Əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması üzrə bələdiyyələrlə metodoloji iş davam etdirilmişdir. Nəticədə 2022-ci ildə 167 bələdiyyənin ümumilikdə 15 min hektardan çox torpaq sahəsini əhatə edən 1.836 icarə müqaviləsində icarə haqqı təqribən 552 min manat (1,8 dəfə) artmışdır.
Ümumilikdə 2021-ci və 2022-ci illərdə 457 bələdiyyə üzrə 3.906 icarə müqaviləsində (34 min ha torpaq sahəsini əhatə edir) icarə haqlarının artımı 1,5 milyon manata yaxın (2 dəfə) təşkil edib.
İl ərzində torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2 milyon manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib.
Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədova ağır itki üz
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktub
Fəhləliklə məşğul olan Hacıqabul rayon sakini Söyüdbala Cəfərovun öz
Avrora Qrup onkoloji xəstəlikləri olan uşaqları sevindirib.
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa apar
Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarının da q
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ baş verib.
Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatlar insanların rifah
Azərbaycan könüllüləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon
Müğənni Nigar Camal duet ortağı Dima Bilanla Moskvada görüşüb.
"Beynəlxalq Əlillər Cəmiyyəti" (BƏC İB) və "Türk Dünyas
Rusiyalı xilasedicilər Türkiyədə zəlzələ bölgəsində işini bitirərə
Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Azərbaycan Re
Rəsmi İrəvanın Avropa İttifaqının (Aİ) monitorinq missiyasını ölkəy�