XankəndiLaçın yolu: aksiyanın 65ci günü FOTO
Siyasət 14 Fev 2023 08:47:00 341 0
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış beş gündür davam edir.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Son.az "Report"a istinadən bildirir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Burun üzdə yerləşir və nəfəsalmanı təmin edən orqandır. Orqanizmə la
Xaçmaz şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 2 �
Türkiyə ilə fikir ayrılıqlarımız olsa belə, türk və yunan xalqları me
Ötən həftə ölkənin cənubunda baş vermiş dağıdıcı zəlzələ zonası
Xoruldamaq əksər insanlarada yatan zaman xoşagəlməyən gur səsin olmasıd�
Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor
Fevralın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiy
Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki "F-35" qırıcısı
Əgər sizin özünüz və ya uşağınız saqqız çeynəyirsə, o zaman reklam
Fevralın 13-də Albaniyanın paytaxtı Tiranada eks-prezident və keçmiş baş
Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda dəniz geri çəkilib.
Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.