Sülh bu halda olacaq: Vardanyanın gedişi təsdiqlənməsə...
Siyasət 14 Fev 2023 08:00:00 290 0
Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsi ilə yanaşı bu ölkə İranla da sıx təmaslar qurur. Qərb-İran münasibətlərinin gərgin olduğu bir dönəmdə Ermənistanın bu cür ikili mövqeyi necə şərh oluna bilər?
- Hazırda Ermənistan çalışır ki, kontent olaraq Qərbə yönəlmiş siyasət həyata keçirsin. Amma reallıqda bu belə deyil. Çünki Ermənistan özünün milli maraqlarından yola çıxaraq Qərblə münasibətlər qurmağa çalışır. Onun işinə yaradıqca Rusiya ilə münasibətləri səhmana salmağa çalışması kimi hallar da var. Eyni zamanda Ermənistan özünün xarakterinə görə, İran və Qərblə də analoji münasibətlər saxlamaqda maraqlı olduğunu göstərir. Bu mənada Nikol Paşinyanın ümumi siyasi xəttində Avrointeqrasiya olsa da əslində o, bunu dilə gətirməkdə bir qədər ehtiyatlı davranır. Misal üçün o açıq şəkildə Ukraynanın timsalında olduğu kimi demir ki, Avrointeqrasiya xətti əsasdır. Amma buna baxmayaraq Ermənistan Avropa İttifaqı ilə Assosasiya müqaviləsi imzlayıb.
- Avrointeqrasiya xətti tutmuş Ermənistan üçün İranla yaxın siyasi münasibətlər qurmaq hansı ziddiyyətlər yaradır?
- Ermənistanın xarici siyasətinin sırf Avrointeqrasiya xətti olduğunu da demək olmaz. Burada həmçinin Ermənistan İranla özünün milli təhlükəsizlik kursunu seçir. Siyasi kursunu da daha çox ona doğru yönəldir.
- Bu, Qərbdə necə qarşılanır?
- Əslində Ermənistanın bu halda İranla yaxınlığına Qərb etiraz etməyəcək. Çünki onlar da başa düşəcəklər ki, Ermənistan özünə indi yeni himayəçi axtarır. Onun əvvəlki himayəçisi, yəni Rusiya ilə münasibətləri bir qədər korlanıb. Amma hazırda bu himayəçilik haqqında danışmaq mümkün deyil.
- Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın seçdiyi siyasi xətt nəyə əsaslanır?
- Ermənistan Qərbi inandırıb ki, Azərbaycan və Türkiyə ona qarşı düşmənçilik siyasəti həyata keçirir. Belə bir konyukturada Ermənistan özünə yaxın qonşular arasında müttəfiqlər axtarmalı olacağı da şübhəsiz idi. Bunun da məhz İranın olduğu indiki şəraitdə daha aşkar görünür. Qərbin İranla münasibətlərini pis olduğunu nəzərə alsaq onun tətbiq etdiyi sanksiyalar daha çox iqtisadiyyata yönəlib.
- Belə olduğu halda Ermənistanın İranla ticarət əlaqələri və iqtisadi münasibətləri nəyə görə Qərbdə sakit qarşılanır?
- Çünki Ermənistanın iqtisadi dövriyyəsi çox kiçikdir. Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda onun Ermənistanla bu istiqamətdə aparmış olduğu iş birliyi onun üçün elə də ciddi bir maliyyə köməkliyi kimi qəbul edilmir. Sözsüz ki, İran da Ermənistanla iqtisadi əlaqələrdən bəhrələnib qabağa düşə bilməyəcək. Ona görə də, Qərbdən Ermənistan-İran arasındakı iqtisadi-siyasi əlaqələrə reaksiya verilmir.
- Ermənistan Azərbaycanı sülh prosesini pozmaqda ittiham edir. Ötən il bu müstəvidə iki vacib görüş olub. Üçüncü görüşdən isə Ermənistan imtina edib. Bu halda 2023-ci ili sülh prosesinə nə qədər yaxın bir təqdim hesab etmək olar?
- Əslində bu ilin sülh ili olacağı sualına indiki halda heç kəs cavab verə bilməyəcək. Amma sülh istiqamətində hansısa bir irəliləyişin olması ilə bağlı gözləntilər də azdır. Yaxın müddətdə belə bir gözlənti yoxdur. Belə bir irəliləyişin olması üçün onun siqnalları olmalıdır. Amma bu da hiss olunmur. Bu arada bir xəbər yayıldı ki separatçı Ruben Vardanyan Qarabağdan qaçıb. Bu xəbər təsdiqlənmiş olsa beləliklə münasibətlərdə bir irəliləyiş olar. Amma belə faktların mövcud olduğu halda sülh istiqamətində irəliləyişdən danışmaq hələ tezdir
Xəbər verdiyimiz kimi, Bakıda beşmərtəbəli yataqxana binasında yanğın
Hər bir insanın güclü və zəif tərəfləri vardır. Sizlərə hər bürcü
Türkiyənin zəlzələ bölgəsindən çəkilən hər bir foto ürək ağrıdı
"Zəlzələdə zərərçəkən 19 300 nəfərdən 3 636-sı reanimasiyadad�
Şəkilə ilk baxdığınızda nə gördüyünüzü deyin və özünüzü tanıy
Hər bir dövrdə ağ rəng təmizliyin rəmzi hesab edilib.Bu səbəbdən də h
Yevlaxda qardaşı Vüqar Əsədovu bıçaqla qətlə yetirən Elşad Əsədovun
Aşağıdakı siyahıda tərkibində daşıdıqları vitamin, mineral və digər
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığın
Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,8 bal gücündə z�
Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı yol qəzasında həlak
Çeki Çan, heç şübhəsiz, kinomatoqrafda əfsanədir. Çoxları aktyoru sər
"Gözümdə qara eynək olsa belə, bu gün tamaşaçılar yolda məni gör