"Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm"


Şou-biznes 14 Fev 2023 06:44:00 168 0

"Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm"

Çeki Çan, heç şübhəsiz, kinomatoqrafda əfsanədir. Çoxları aktyoru sərbəst üslubuna və komediya döyüş filmlərində qəhrəmanlarına görə sevir. Çoxları bilir ki, Ceki bütün tryukları özü, dublyorsuz icra edir. Gəlin, görək, aktyorun həyatı haqqında daha hansı maraqlı faktlar var.    Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "ixbt.com" saytı yazıb.   Ceki Çan kinoda   Mənim Ceki Çana xüsusi münasibətim var, çünki onun filmlərinin təsiri altında böyümüşəm və bu gün də onlara evə-sevə tamaşa edirəm.   Aprelin 7-də aktyorun 69 yaşı tamam olacaq. Buna baxmayaraq, o, kinoda çəkilməyə davam edir. Bu yaxınlarda "Avanqard" filminin çəkilişlərində aktyor bədbəxt hadisə ilə üzləşib. Dənizdə atışma səhnəsinin çəkilişində daş onu sıxıb, aktyor özü vəziyyətdən çıxa bilməyib və nəfəsi çatmayıb. Komanda aktyoru sualtı tələdən çıxara bilib. Ceki Çan bu insidenti şərh edərək deyib ki, "çəkiliş zamanı hadisə baş verəndə mən paltarımı dəyişib, su içib, çəkilişi davam etdim. Hamını gözləməyə məcbur etmək olmaz. Aktyorlar peşəkar olmalıdır".   Əvvəlcə o, az qala həlak olduğunu düşünərək, titrəməyə başlayıb. Lakin bu, aktyorun karyerasında yeganə ölüm təhlükəli tarixçə deyil. 1986-cı ildə "Allahın yaraqları" filminin çəkilişində Ceki ağacdan tullanmalı olub, lakin onun dayandığı budaq qəflətən qırılıb, aktyor yerə düşərək başından travma alıb. İndiyə qədər də onun başında dəmir lövhə var. Açıq mənbələrdə deyilir ki, Ceki Çan müxtəlif dərəcəli 3000-dən artıq travma alıb. Bunların hamısı bilavasitə çəkiliş meydançasında baş verib.   Ceki Çanın kinoda obrazına baxmayaraq, o, başqa istiqamətlərdə də inkişaf etmək istəyir. Aktyor bu barədə belə deyir:   "Mən döyüş filmlərinin ulduzu yox, dalaşmağı bacaran aktyor olmaq istəyirəm. Çinli Robert de Niro və ya Dastin Xofman olmaq istəyirəm. Yalnız belə olduqda mən kino sənayesində həmişə qala bilərəm. Mənə heç vaxt dramatik və ya romantik rollar təklif edilməyib. Ceki Çan həmişə "Pik saatı" yaxud "Polis tarixçəsi"dir. Lakin mən gənc deyiləm, vaxtında dəyişilmək lazım olub. Qorxulu olub, amma mən nəsə yeni bir şey sınaqdan keçirmək istəmişəm. Tamaşaçılar mənim yeni obrazımı qəbul edib. Ona görə də mən düzgün qərar vermişəm.   Qeyd etmək lazımdır ki, Ceki həm də yaxşı müğənnidir. Öz filmlərində mahnıların çoxunu özü ifa edir. Aktyor həm də öz albomlarını nəşr edir.   Aktyorun sərvəti və ailəsi

Mən bilirdim ki, Ceki çox varlıdır. Bəlli olub ki, o, dünyanın ən varlı aktyorlarından biridir və top 20-yə daxildir. Aktyorun kapitalı 350-500 milyon dollar təşkil edir. Müqayisə üçün, Tom Kruzun kapitalı 750 milyon, Uill Smitin kapitalı 350 milyondur. Maraqlıdır ki, Ceki oğluna vəsiyyət etmək fikrində deyil. Bununla əlaqədar aktyor deyib:   "O, özü özünə pul qazana bilər. Əgər bunu bacarmasa, o zaman, sadəcə, mənim pullarımla dolanacaq".   Deyilənə görə, Ceki oğlu ilə o qədər də yola getmir. 2014-cü ildə oğlu Ceysi xoşagəlməz vəzyyətlə düşüb. Onu narkotik istifadəsinə, həm də üçüncü şəxslərin istifadəsi üçün otaq ayırdığına görə həbs edilib. Ceki bəyan edib ki, öz əlaqələrindən istifadə edərək məhkəmə prosesinə təsir etməyəcək. Sonradan oğlunun tərbiyəsinə görə ictimayət qarşısında üzr istəyib.   Ceysi Çana 6 aylıq həbs cəzası verilib və o, 322 dollar məbləğində cərimə edilib.   Ceki 1982-ci ildən aktrisa Lin Fentszyau ilə nikahdadır. Cütlük Los-Ancelesdə tanışlıqdan bir il sonra gizli surətdə evlənib. Nigah imzalanmanın ertəsi günü oğulları doğulub. Doğuşdan sonra aktrisa kinoya çəkilməyib.   2000-ci ildə cütlük ailə problemləri ilə üzləşib. Bəlli olub ki, Cekinin nigahdankənar əlaqəsi var və aktyorun qızı doğulub. Aktyor həyat yoldaşında xəyanətini etiraf edib və ondan bağışlanmasını istəyib. Həyat yoldaşı onu bağışlayıb və indiyədək onlar birlikdə yaşayır. Amma qızı Etta Çanla aktyorun heç bir münasibəti yoxdur. Adıçəkilən vəsiyyətə aktorun yalnız həyat yoldaşı və xeyriyyə fondarı daxildir.   Aktyorun gündəlik məşqləri   Ceki Çan deyir ki, hər gün idmanla məşğul olur. Bu da onun əla fiziki vəziyyətində olmasını təmin edir. Baxmayaraq ki, Ceki kinolarda tryuklarını sadələşdirib, amma onun hazırlığı yüksək səviyyədə qalmaqdadır. Aktyor gününü bir saatlıq qaçışla başlayır, sonra sadə hərəkətlərə keçir. Öz yaşına baxmayaraq, aktyor bədənini çox yükləyir. Ona görə də o, qidasını məhdudlaşdırmır.    Aktyor indi nə ilə məşğuldur?   Aktyor, rejissor və kino və musiqi ilə bağlı olan digər fəaliyyətlə yanaşı, aktyor həm də uğurlu bizneslə məşğuldur. Onun bir sıra brendləri var və müxtəlif geyim və suvenirlər buraxır. Eyni zamanda, aktyor "JCAM" şirkətinin sahibidir və bu şirkət ekoloji təmiz nəqliyyatın işlənməsi ilə məşğuldur. Şirkətin motosikletlərindən biri "Allahın yaraqları 3" filminin çəkilişlərində istifadə edilib.   Biznesdən başqa, Cekinin siyasi ambisiyaları da var. Aktyor Çin Kommunist Partiyası sıralarına daxil olmaq ustəyir. Bu yaxınlarda bəlli olub ki, o, ÇXR milli siyasi məsləhət şurasının tərkibinə daxil olub.    Təbii ki, Ceki bir əfsanədir. Mən aktyora çoxsaylı gözəl filmlərinə görə minnətdaram. Mən o filmlərin təsiri altında böyümüşəm.

Qulaq nədir like
  • 14 Fev 06:03  
Digərləri Qulaq nədir

Qulaq orqanizmin çətin hesab edilən orqanlarından biri hesab edilir. Onun i�

arrow Ətraflı
Diş nədir? like
  • 14 Fev 05:03  
Digərləri Diş nədir?

Diş insanın sərt və çox sayda olan orqanı sayılır. Dişlər ağız boşl

arrow Ətraflı
"Hansı söz valideynin uçqun altında qalan balası üçün təsəlli olar?" like
  • 14 Fev 04:44  
Digərləri "Hansı söz valideynin uçqun altında qalan balası üçün təsəlli olar?"

"Türkiyə xalqına təskinlik üçün heç bir sözüm yoxdur".

arrow Ətraflı
Hər gün duş qəbul etmək zərərlidirmi? like
  • 14 Fev 04:03  
Digərləri Hər gün duş qəbul etmək zərərlidirmi?

Alimlər on illərlə hər gü və günün hansı saatlarında duş qəbul etmə

arrow Ətraflı
Süni intellekt Keniyada minlərlə qadının həyatını xilas edəcək like
  • 14 Fev 03:22  
Dünya Süni intellekt Keniyada minlərlə qadının həyatını xilas edəcək

Pensilvaniya İnformasiya Elmləri və Texnologiyaları Kollecinin alimləri Ken

arrow Ətraflı
Evimizə daşınan şübhəli içməli sular  Kim nəzarət etməlidir? like
  • 14 Fev 03:03  
Digərləri Evimizə daşınan şübhəli içməli sular Kim nəzarət etməlidir?

"Space" telekanalında aparıcı Elçin Əlibəylinin verilişində ma

arrow Ətraflı
Kişiləri "dəli edən" 6 aktrisa  FOTOlar like
  • 14 Fev 02:44  
Şou-biznes Kişiləri "dəli edən" 6 aktrisa FOTOlar

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər

arrow Ətraflı
Hamiləlikdə risk qrupları açıqlandı like
  • 14 Fev 02:01  
Digərləri Hamiləlikdə risk qrupları açıqlandı

Hamiləlikdə risk qrupları açıqlanıb.

arrow Ətraflı
Hansı ölkədə 37 rəsmi dil var və niyə bu qədər çoxdur? like
  • 14 Fev 01:22  
Dünya Hansı ölkədə 37 rəsmi dil var və niyə bu qədər çoxdur?

Müasir ölkələrin əksəriyyətində müxtəlif dillərdə danışanlar yaşa

arrow Ətraflı
Uşaqlarda ən çox hansı xəstəliklər aşkarlanır? like
  • 14 Fev 01:01  
Digərləri Uşaqlarda ən çox hansı xəstəliklər aşkarlanır?

2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

arrow Ətraflı
Günün qoroskopu: Şəxsi münasibətlərdə harmoniyaya nail olun like
  • 14 Fev 00:01  
Digərləri Günün qoroskopu: Şəxsi münasibətlərdə harmoniyaya nail olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Adanada xilasetmə işləri like
  • 13 Fev 23:56  
Dünya Adanada xilasetmə işləri

Türkiyənin Adana şəhərində axtarış-xilasetmə işləri başa çatıb.

arrow Ətraflı