İlham Əliyev: Yeni elektrik stansiyası Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq
Siyasət 13 Fev 2023 11:36:00 266 0
İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edən dövlətimizin başçısı deyib: "Yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin".
Prezident İlham Əliyev vurğulayıb ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Son.az
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zama
"Rusiya Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə göt
Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabi
Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzi
Türkiyəli tanınmış cütlük Eser və Berfu Yenenler dağıntılardan xilas
Bu gün Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiy
"Ukrayna ordusu Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Rus
Fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrü
Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olu
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr�
Türkiyədə baş verən güclü zəlzələdə xəsarət alan 10 uşaq Azərbayc
Aparıcı Tarix Əliyev (Tolik) zəlzələdən əziyyət çəkən kimsəsiz kör
Bizneslərin fəaliyyətinin müasir tələblərə uyğun təşkili və rəqabə
Türkiyədə zəlzələdən zərərçəkənlərə dünyanın dörd bir yanından
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanl