“Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər”
Şou-biznes 11 Fev 2023 16:11:00 416 0
"O illərdə qız övladının incəsənət sahəsində olmasını birmənalı qarşılamırdılar. Mənim də valideynlərim sənətə gəlməyimə razı deyildilər. Məni sənətdən uzaqlaşdırmaq üçün qarmon sinfinə qoydular. Fikirləşdilər ki, bəlkə müğənni yox, musiqiçi olaram. Sənətdə hər zaman ailəm mənə dəstək olub. Hamı bilir ki, həyat yoldaşım qohumum, dayımoğlu olub. Qaynatam da ədəbiyyatı, qəzəlləri, klassikləri sevən bir şəxsiyyət idi. Onun köməkliyi ilə həm bizim ailəmizin möhkəmliyi oldu, həm də mənə sənətdə böyük dəstək verdi. Yeni ailə həyatı quranda əlbəttə ki, yoldaşım da istəmirdi ki, sənətlə məşğul olum, amma yenə də qaynatam bunun qarşısını aldı. Bəlkə də musiqinin başqa janrlarında ifa etsəydim icazə verməzdilər. Mən hər zaman deyirəm ki, insanın rahatlığı ailədən başlayır. Mən konsertlərə, tədbirlərə ailədən hazırlaşıb gedirdim. O sevgi ilə evdən çıxmasaydım, o sənətimi sevgi ilə səhnədən tamaşaçıya necə ötürə bilərdim?! O qayğı ilə əhatələnməli idim ki, bunu mən tamaşaçılara da yansıda bilim".
Bu xəbəri də oxu: Əməkdar artistin nəvəsi ilə maraqlı
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sevilən xanəndə, xalq artisti, "Şöhrət" ordenli Səkinə İsmayılova deyib.
"Muğam çox ağır sənətdir. Mənim oxuduğum illərdə, elə bu gün də görün muğam sinfini nə qədər xanəndələr bitirir, amma hər kəs bunu davam etdirə bilmir. Bilirsiniz ki, mən ilk addımlarımı opera səhnəsində atmışam. 30 il sərasər bu səhnədə böyük sənətkarlarla tərəf müqabili olmuşam. 30 il bu səhnədə mən dünya səhnələrinə alışmağı öyrənmişəm. Opera səhnəsindən sonra bütün dünya səhnələri mənim üçün adiləşdi. Çünki 3 saat canlı-canlı tamaşada iştirak etmək, oxumaq çətin bir iş idi" deyə sənətkar bildirib. Xalq artisti efirlərdə tez-tez görünməməsinin səbəblərindən də danışıb.
"Göründüm, ad olsun deyə hər verilişdə iştirak edə bilmərəm. O verilişdə mütləq özümü görməliyəm. Ekran qarşısında əyləşib baxan tamaşaçı da bizdən nəsə öyrənməlidir, bəhrələnməlidir, qidalanmalıdır. Zərrə-zərrə xalqın sevgisini, hörmətini qazanmışam. Bu hörməti, dəyəri reytinq arxasınca qaçan aparıcının və onun verilişinin qurbanı edə bilmərəm. Azərbaycan televiziyalarının bu günki musiqi zövqümüzə birbaşa təsiri var. Yaxşı olardı ki, televiziyalar bu istiqamətdə məsuliyyətlərini hiss etsinlər. O illərdə efirə çıxmaq asan deyildi. Amma bu gün hər yerindən duran müğənni efirdə özünü sənətkar adlandırır. Sənətkar tarixdə qlamaq üçün səhnəyə çıxmalıdır, pul qazanmaq üçün yox. Pul qazanmaq xatirinə səhnəyə çıxmaq sənətə hörmətsizlikdir. Gənc xanəndələrə də tövsiyyəm odur ki, ucuz qalmaqalların, səviyyəsiz verilişlərin oyuncağına çevrilməsinlər" deyə sənətkar bildirib.
Son.az
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nübar Novruzova haqqında on
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ 1999-cu ildə baş verən fə
PAŞA Holding və onun törəmə şirkətlərinin qardaş ölkəyə yardımı T�
"Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki dey
"Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, s�
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofi
Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər�
Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardı
Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zara
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəl
Elşad Həsənov: "Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəs�
Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.