SOCARın keçmiş vitseprezidenti vəfat edib
Digərləri 11 Fev 2023 12:24:00 404 0
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə kieçmiş vitse-prezidenti Bəhram Hüseynov dünyasını dəyişib.
Bu xəbəri də oxu: Az adamın bildiyi xurmanın əsas təhlükəsi
Bu barədə Son.az "Report"a istinadən xəbər verir.
Bəhram Bəhlul oğlu Hüseynov 1956-cı ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993-1994-cü illərdə ABŞ-ın Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak edib. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir.
O, 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışıb.
1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışıb. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi qrupunun rəhbəri vəzifələrində çalışıb.
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2011-ci ilin yanvarından SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə, 18 aprel 2016-cı il tarixindən isə Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib. B.Hüseynov Prezidenti İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamı ilə bu vəzifədən azad edilib.
Allah rəhmət eləsin!
Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər�
Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardı
Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zara
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəl
Elşad Həsənov: "Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəs�
Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.
Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını il
Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Asəf Salahov vəfat edi
Kahramanmaraşın Tevekkeli kəndində kilometrlərlə uzanan fay xəttindəki q
Müğənni və rejissor Mahsun Kırmızıgül zəlzələ bölgəsində gördükl
Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı Menekşe Tabak 122 saat son
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
Qardaş ölkədə minlərlə insanın ölümü ilə nəticlənən təbii fəlak�