Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?
Dünya 10 Fev 2023 12:52:00 310 0
Kahramanmaraşda 10 vilayətə təsir edən və minlərlə binanın, istehsal müəssisələrinin dağılmasına səbəb olan şiddətli zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri qaçılmazdır.
Bu xəbəri də oxu: Suriyanın müdafiə naziri təyin edildi
Dəhşətli zəlzələnin istehsalın artım tempinin ləngidəcəyi, eləcə də milyardlarla lirə yenidənqurma xərcləri yaradacağı göz önündədir.
Trend-ə açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, Türkiyə Statistika Qurumunun bu həftə açıqladığı məlumatlara görə, zəlzələ bölgəsindəki 10 əyalətdə 13,42 milyon insan yaşayır və bu, ümumi əhalinin 15,7%-ni təşkil edir.
"TÜİK-in 2021-ci il məlumatlarına görə, zəlzələdən zərər çəkmiş 10 əyalətdən ibarət bölgənin ÜDM-dəki payı 9,3% təşkil edir. Sektorlar üzrə zəlzələ zonasının kənd təsərrüfatında payı 14,3%, sənayedə payı isə 11,2% təşkil edir ki, bu da ÜDM-in payından yüksəkdir", - iqtisadçı qeyd edib.
Turizm sektoruna gəldikdə isə ümumi turistlərin təxminən 1%-i zəlzələdən zərər çəkmiş bölgəyə gəldiyi üçün bölgənin bu sektora təsiri azdır. Lakin xarici ticarət məlumatlarını təsir kimi nəzərə alsaq, zəlzələdən zərər çəkmiş bölgə Türkiyənin ümumi ixracının 8,5%-ni, idxalının isə 6,7%-ni reallaşdırır. Türkiyə ixracının 4,4%-ni Qaziantep, 1,6%-ni Hatay və 1,2%-ni Adana həyata keçirir.
İqtisadçılar, il ərzində bölgədən ixracatda bir neçə milyard dollar itki gözlədiklərini, lakin oxşar təsirin idxalda da görüləcəyi üçün ümumi xarici ticarətə təsirinin zəif qalacağına diqqət çəkdilər. İqtisadçılar sektor təsirlərinin makro təsirlərdən başqa görülə biləcəyinə diqqət çəksələr də, xalis effekti anlamaq üçün daha çox vaxt lazımdır. "Minlərlə insanın hələ də dağıntılar altında qaldığı, sağ qalanların bir stəkan suya belə çata bilmədiyi zəlzələdən sarsılan 10 vilayət Türkiyənin sənaye və kənd təsərrüfatı istehsalının dinamikləri sırasındadır. Bölgədəki bir çox fabrik də dağıdılıb.
11 noyabr 1986-cı il. Parisdə Sena çayının sol sahilində, Sorbon universit
Əməkdar artist Yusif Mustafayevin canlı efirdə halı pisləşib.
Sənədsiz evlər nəhayət nə vaxt qeydiyyata alınacaq? Uzun müddətdir müz
Bakıda keçirilən əməliyyat zamanı heroin alverçiləri və silahlı şəxs
Müğənni Aygün Mahmudova (MM) açıqlaması ilə diqqət çəkib.
Azərbaycanın vergi sistemi biznesin formalaşmasında və inkişafında aparı
Hər hansı bir təbii fəlakət xüsusilə də, zəlzələ zamanı insanların
Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsind�
Türkiyədə yaşayıb, orada modellik fəaliyyətini uğurla davam etdirən az�
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanl
Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.
Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər eyni anda eyni b
Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasın