Sıfıra vurulan investisiya


Siyasət 10 Fev 2023 12:48:00 303 0

Sıfıra vurulan investisiya

11 noyabr 1986-cı il. Parisdə Sena çayının sol sahilində, Sorbon universitetinin qədim binasının yerləşdiyi Latın məhəlləsində (Quartier latin de Paris) tələbələrin izdihamlı nümayişi başladı. Onlar Baş nazir Jak Şirak hökumətində Araşdırmalar və ali təhsil üzrə məsul nazir Alen Devake (fr. Alain Devaquet) tərəfindən irəli sürülmüş qanun layihəsinə etiraz əlaməti olaraq küçələrə axışdılar. Qanun layihəsində universitetlərə daha çox müxtariyyətin verilməsi, habelə qeydiyyat qiymətlərinin azad şəkildə müəyyən edilməsi, qəbul şərtlərinin universitetin istədiyi formada olacağı və s. öz əksini tapmışdı ki, bu da tələbələrin haqlı narazılığı ilə üzləşdi. Həftələrlə davam edən aksiyanın kuliminasiya nöqtəsi dekabrın 5-dən 6-a keçən gecə baş verdi. Belə ki, Fransa polisinin vəhşiliyi nəticəsində Əlcəzair mənşəli tələbə Malik Usekin döyülərək qətlə yetirildi. Həmin vaxt onun yanında olan Paul Bayzelon dostuna kömək etmək istəsə də, polislərin dubinka zərbələri buna imkan verməmişdi. Ölkəni bürüyən tələbə etirazları fonunda 8 dekabrda Baş nazir Jak Şirak Alen Devakenin istefasını qəbul etmək və qanun layihəsini geri götürmək məcburiyyətində qaldı. Məhkəmə də öz növbəsində qətldə birbaşa iştirak edən 2 polisin məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etdi.

Tələbələr Malik Usekin döyülərək öldürüldüyü binanın qarşısına gül dəstələri qoymaqla onun xatirəsini yad edir, polis zorakılığını lənətləyirdilər. 

5 avqust 2019-cü il. Malik Usekinin öldürülməsindən 32 il 8 ay sonra  Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buyssonun (fr. Jean-Christophe Buisson) "RTL" radiosunun "Dünyanı yenidən edirik" verilişində  M.Usekin "insulin probleminə" görə öldüyünə dair cəfəng fikirlər səsləndirməsi (https://www.youtube.com/watch?v=RGTMpdP2sNI 18:45-19:21 dəqiqələr arası) ictimaiyyətin haqlı qəzəbinə səbəb olmuşdur. Nəticədə, bir gün sonra o, özünün şəxsi tviter hesabında -  "Məhkəmə bu məsələdə öz qərarını verib və mən onu sual altına qoymaq niyyətində deyiləm" paylaşımını edərək, üzrxahlıq etmək məcburiyyətində qaldı. Bu vaxt tviter istifadəçilərdən biri Buyssonun vaxtıkən Usekinin öldürülməsini pisləyən paylaşımını xatırladaraq, onun necə dönük və sürüşkən olduğunu göstərmişdi.

Adını jurnalist qoyub jurnalistikanın prinsiplərini daima tapdalayaraq, "Le Figaro" kimi məhşur jurnalı öz yalan maşınına çevirən bu canlı heç öz ölkəsinin məhkəməsinin qəbul etdiyi qərarlara, deməli dövlətinə (məhkəmə qərarları dövlət adından verilir) hörmət etmir, biz isə bundan ədalətli olmağı, faktları saxtalaşdırmamağı tələb edirik, hamı tərəfindən qəbul edilən beynəlxalq normalara hörmət edəcəyini gözləyirik.

Fransız polisinin zorakılığı nəticəsində öldürülən şəxsin müsəlman olması Buyssona görə bu qətli adiləşdirir, normal hala salırdı. Axı Buysson islamofobdur. 132 il müstəmləkə dövründə öldürülən 1.5 milyon əlcəzairliyə daha birininin - Malik Usekinin əlavə edilməsi sadəcə statistika dəyişikliyi idi.  

Bu Buyssonun nə ilk, nə sonuncu dönüklüyüdü. O, mer A. İdalqonun zibilxanaya çevirdiyi Parisin küləyi kimi lazım olan istiqamətə tərəf əsməyi, onu bəsləyənləri sərinlətməyi yaxşı bacarır. Elə ona görə də özünə sərf edəndə beynəlxalq hüququn norma və prinsiplərinə istinad etməyi də unutmur.

23 mart 2014-cü ildə Buysson "Le Figaro"da "Belqrad: bombardımandan 15 il sonra, serblər unutmur" adlı məqalə dərc edir (https://amp.lefigaro.fr/vox/monde/2014/03/23/31002-20140323ARTFIG00225-belgrade-15-ans-apres-le-bombardement-les-serbes-n-oublient-pas.php).

Adından da görsəndiyi kimi məqalənin əsas qayəsi Fransanın da iştirak etdiyi NATO qüvvələrinin Yuqoslaviyanı bombardman etməsi və serblərin bunu yaddan çıxartmamasıdır. Təəccüblüdür ki, burada Buysson qəfildən beynəlxalq hüquq üzrə mütəxəssisə çevrilərək, əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu bildirir. "bu humanitar-hərbi əməliyyat bir çox beynəlxalq konvensiya və qanunlara (məsələn, BMT Nizamnaməsinin 2-ci maddəsi - bir ölkənin siyasi müstəqilliyi və ərazi bütövlüyünə qarşı güc istifadəsinin qadağan olunması və ya elə NATO-nun öz Nizamnaməsini, hansı ki, gücdən istifadə icazəsini yalnız hər hansı üzv ölkəyə qarşı hücumun olacağı təqdirdə verir) ziddir".

Dünyanın müxtəlif nöqtələrində müsəlmanların qətlə yetirilməsinə dolayısı ilə haqq qazandıran bu islamofob, burunu qanayan qeyri-müsəlmanın yanında durmağı az qala BMT nizamnaməsi ilə əsaslandırır.

Sürüşkənliyi və qeyri-stabilliyi onun psixoloji portretinə diqqəti artırır. Görəsən Buyssonun saxtakarlığının kökləri hara gedib çıxır? Bəlkə, ünvanı tez-tez baş çəkdiyi Parisdəki III Aleksandr körpüsünün altında axtaraq? Axı o, əyyaş həyat tərzini xoşlayır, içki aludəçisidir. Körpünün altındakı asfaltda piyan şəkildə sürünərkən, ola bilsin beyin travması alıb? Kim bilir!

Bəlkə yalan və saxtakarlıq ona genetik keçib? Saxtakarlıq irsi xəstəlik ola bilərmi? "Qəhrəmanımız"ın həyat və yaradıcılığı ilə yaxından tanış olduqda genetikanın insan həyatında nə qədər böyük yer tutduğuna bir daha şahid oluruq.

6 aprel 2013-cü ildə jurnalist Jerome Dupuy Patrick Buyssonun (Jan-Kristof Buyssonun atası) "Figaro"ya verdiyi müsahibədə Jean-Louis Haruelin "Xristianlığın əsl dahisi" kitabından geniş plagiata yol verdiyini sübut edir və onun metodlarını tənqid edən məqalə dərc edir.

https://www.lexpress.fr/politique/patrick-buisson-invente-le-plagiat-par-interview_1237911.html

Ata Buysson "Bir insan dinin varlığı olmağı dayandırdıqda, onun dindarlıq potensialı qalmağa məhkumdur. O, digər investisiyalar üçün açıq olur" (Quand l'homme cesse d'être un être de religion, son potentiel de religiosité, son besoin de croire n'en sont pas pour autant amenés à disparaître. Ils se trouvent disponibles pour d'autres investissements)  fikirini başqasından oğurlayıb öz adına çıxarkən, demək istəyirdi ki, insan mənəviyyatında boşluq nə iləsə dolmalıdır. Çox güman ki, ata Buysson oğlundakı mənəvi boşluğun islamofob fikirlərlə dolduğunu gördükdən sonra bu qənaətə gəlmişdi. 

Elə onların yerlisi Onore de Balzak bu kimi insalara görə deyirdi ki, "Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar". Oğul Buysson da islamofob, nifrət dolu yalanları ilə erməni icmasının onun real qiymətinə - sıfırın qabağına bir rəqəm qoymaları üçün dəridən-qabıqdan çıxmaqda davam edir. Reallıqda isə rəqəm sıfırdan əvvələ deyil, sonraya düşüb. Bu isə onun mahiyətini dəyişə bilməyib. Riyaziyyat elmi sübut edib ki, sıfırı nəyə vursaq elə sıfır edəcək.

Əməkdar artistin ifa zamanı halı pisləşdi like
  • 10 Fev 12:46  
Şou-biznes Əməkdar artistin ifa zamanı halı pisləşdi

Əməkdar artist Yusif Mustafayevin canlı efirdə halı pisləşib.

arrow Ətraflı
Şənbə gününün like
  • 10 Fev 12:40  
Digərləri Şənbə gününün

Fevralın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sənədsiz evlər nə vaxt qeydiyyata alınacaq?	like
  • 10 Fev 12:35  
Digərləri Sənədsiz evlər nə vaxt qeydiyyata alınacaq?

Sənədsiz evlər nəhayət nə vaxt qeydiyyata alınacaq? Uzun müddətdir müz

arrow Ətraflı
Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı like
  • 10 Fev 12:29  
Kriminal Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı

Bakıda keçirilən əməliyyat zamanı heroin alverçiləri və silahlı şəxs

arrow Ətraflı
“Qızım ağlayır ki, binamız dağılacaq?” like
  • 10 Fev 12:24  
Şou-biznes “Qızım ağlayır ki, binamız dağılacaq?”

Müğənni Aygün Mahmudova (MM) açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycanın vergi sistemi biznesin formalaşması və inkişafında aparıcı rol oynayır like
  • 10 Fev 12:21  
Siyasət Azərbaycanın vergi sistemi biznesin formalaşması və inkişafında aparıcı rol oynayır

Azərbaycanın vergi sistemi biznesin formalaşmasında və inkişafında aparı

arrow Ətraflı
Zəlzələ zamanı nə etmək lazımdır? like
  • 10 Fev 12:13  
Digərləri Zəlzələ zamanı nə etmək lazımdır?

Hər hansı bir təbii fəlakət xüsusilə də, zəlzələ zamanı insanların

arrow Ətraflı
Ukraynada Azərbaycan vətəndaşları faciəvi şəkildə like
  • 10 Fev 12:07  
Dünya Ukraynada Azərbaycan vətəndaşları faciəvi şəkildə

Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsind�

arrow Ətraflı
Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK like
  • 10 Fev 12:02  
Digərləri Günay Musayevadan zəlzələdə evini itirən bir ailəyə DƏSTƏK

Türkiyədə yaşayıb, orada modellik fəaliyyətini uğurla davam etdirən az�

arrow Ətraflı
TAPın yeni uzunmüddətli ötürücülük imkanları 2025ci ilin sonunda əlçatan olacaq like
  • 10 Fev 12:00  
Digərləri TAPın yeni uzunmüddətli ötürücülük imkanları 2025ci ilin sonunda əlçatan olacaq

Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanl

arrow Ətraflı
Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirdi like
  • 10 Fev 11:51  
Kriminal Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirdi

Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.

arrow Ətraflı
93 saat sonra möcüzə like
  • 10 Fev 11:40  
Digərləri 93 saat sonra möcüzə

Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər eyni anda eyni b

arrow Ətraflı
Müğənni Dəniz şikayət etdi, baş həkim həbs edildi like
  • 10 Fev 11:36  
Şou-biznes Müğənni Dəniz şikayət etdi, baş həkim həbs edildi

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasın

arrow Ətraflı
Təbrizli qız Türkiyəyə belə dəstək oldu: "Yanınızdayıq" like
  • 10 Fev 11:29  
Digərləri Təbrizli qız Türkiyəyə belə dəstək oldu: "Yanınızdayıq"

Təbrizli qızın Türkiyəyə dəstək verməsinə dair görüntülər yayılı

arrow Ətraflı