Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür
Siyasət 10 Fev 2023 09:30:00 432 0
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşür.
Bu xəbəri də oxu: İrəvanın “gizli rəhbəri” hərəkətə keçdi
Son.az xəbər verir ki, budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.
Heydər Əliyev Fondu, "AzərEnerji" ASC və "Azərişıq" ASC-nin dəstəyi ilə göndərilən yardım fevralın 10-da zəlzələ bölgəsinə çatdırılacaq.
Xatırladaq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb.
Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.
Son.az
Ermənistanın paytaxtı İrəvanda tikinti işləri zamanı qazılan torpaq qat
Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım
"Meta" şirkətinin administrasiyası ABŞ-ın keçmiş prezidenti Don
Ali Attestasiya Komissiyası yanvarda hansı sahələrdə elmi adlar və dərəc
Əgər "Şimal axını"na hücum ABŞ hakimiyyəti tərəfindən Konqr
Ukrayna silahlı qüvvələri döyüşlər zamanı Rusiyaya məxsus Mi-24 heliko
Türkiyədə baş verən zəlzələyə yardım etmək məqsədi ilə Güney Azə
"Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binala
Episentri Kahramanmaraş olan güclü zəlzələdən artıq dörd gün keçib. B
Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın
Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənl�
Münaqişə baş verərsə, bunun üçün lazım olan bütün vasitələr tətbi
Həbsdəki generalın vəkili danışdı: "Mən belə məsələlərə qarı