Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı


Digərləri 08 Fev 2023 22:11:00 369 0

Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı

Azərbaycan xalqı qış fəslini xalq təqviminə uyğun olaraq, "çillə" adı ilə üç yerə bölüb. Bunlardan Böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), Ala çillə və ya Ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) davam edir. Rəvayətə görə, çillələr qışın oğullarıdır. El arasında Kiçik çillənin Böyük çilləyə nisbətən daha soyuq keçdiyinə inanılır.

Son.az bildirir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə AMEA-nın Gəncə bölməsinin əməkdaşı, folklorşünas Ruziyyə Quliyeva deyib.

O bildirib ki, çillə sözünün mənası əzab, əziyyət, çıxılmazlıq, çətin vəziyyət deməkdir. Çilləyə düşmək, çətinliyə düşmək mənasını verir. Xalq arasında qış - çilləyə, əzab əziyyətə düşmək kimi mənalandırılıb.

"Çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Kiçik çillənin xarakterik cəhəti, onun Böyük çilləyə nisbətən daha soyuq keçməsidir. Xalq arasında dolaşan rəvayətə görə, Böyük çillə ömrünü başa vurub geri qayıdanda yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: "Nə etdin?" Böyük çillə cavab verir: "Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm". Kiçik çillə buna gülüb deyir: "Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam". Böyük çillə deyir: "Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır". İnsanlar Böyük çilləni rəhmli, qarlı, bərəkətli sayırlar. Kiçik çilləni isə amansız, sərt hesab edirlər,"- deyə R. Quliyeva bildirib.

Kiçik çillə dövründə keçirilən mərasimlərdən biri də "Xıdır Nəbi"dir. Kiçik çillənin (fevralın) birinci ongünlüyünün "Xıdır Nəbi" adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğun-boranlı keçdiyi qeyd edilir. "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" atalar sözü də məhz buradan yaranıb.

Göründüyü kimi, xalq təqviminin mühüm mərhələsini təşkil edən bayramlarda fərqli ayinlər icra olunub və onların bir çoxu günümüzdə yaşamaqdadır. Qədim tariximizdən süzülüb gələn bu bayramlarımızın təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması isə hər birimizin borcudur.

Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasından danışdı like
  • 08 Fev 22:05  
Siyasət Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasından danışdı

"Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermən

arrow Ətraflı
Türkiyədə 20 mindən çox şəxs like
  • 08 Fev 22:00  
Dünya Türkiyədə 20 mindən çox şəxs

Bu zamana qədər 20 mindən çox şəxs dağıntıdan xilas edilib.

arrow Ətraflı
Erməni daşnaklar Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı olduqlarını bildirdilər like
  • 08 Fev 21:43  
Siyasət Erməni daşnaklar Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı olduqlarını bildirdilər

"Ermənistan cəmiyyəti Ermənistan-Türkiyə münasibətlərinin normalla

arrow Ətraflı
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün sığınacaqlar yaradılıb like
  • 08 Fev 21:38  
Dünya Türkiyədə zəlzələdən zərərçəkənlər üçün sığınacaqlar yaradılıb

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 1 milyon 60 min insan tu

arrow Ətraflı
Zelenski bu gün Parisə gedəcək, Şolts da gəlir like
  • 08 Fev 21:33  
Dünya Zelenski bu gün Parisə gedəcək, Şolts da gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Fransanın paytaxtı Parisə səfə

arrow Ətraflı
Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq like
  • 08 Fev 21:10  
Digərləri Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq

Fevral ayının 9-u səhər saatlarından Bakıya qar yağacağı gözlənilir.

arrow Ətraflı
Bülent Ersoy Röyayla eyni libasda like
  • 08 Fev 21:00  
Şou-biznes Bülent Ersoy Röyayla eyni libasda

Bülent Ersoy ötən günlərdə səhnə aldığı məkanların birində geyimi

arrow Ətraflı
Dağıntılar arasında xilasını gözləyən balaca: “Qolumu kəsəcəklər?” like
  • 08 Fev 20:59  
Digərləri Dağıntılar arasında xilasını gözləyən balaca: “Qolumu kəsəcəklər?”

Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işl

arrow Ətraflı
Naxçıvandan Türkiyəyə 12 TIR yola salınıb like
  • 08 Fev 20:52  
Digərləri Naxçıvandan Türkiyəyə 12 TIR yola salınıb

Zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək məqsədilə bu gü

arrow Ətraflı
"Pula nifrət edirəm" like
  • 08 Fev 20:51  
Şou-biznes "Pula nifrət edirəm"

"Mən bir insanı ya istəyirəm, ya da istəmirəm. Mənə zorla heç nə

arrow Ətraflı
"Azərbaycanla dostluğumuzdan məmnunuq" like
  • 08 Fev 20:50  
Digərləri "Azərbaycanla dostluğumuzdan məmnunuq"

Monteneqro Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə kimi çıx�

arrow Ətraflı