Erməni daşnaklar Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı olduqlarını bildirdilər
Siyasət 08 Fev 2023 21:43:00 282 0
"Ermənistan cəmiyyəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi münasibət bəsləyir".
Bu xəbəri də oxu: İrəvanın “gizli rəhbəri” hərəkətə keçdi
Son.az musavat.com-a istinadən bildirir ki,bu barədə Daşnaksütyun partiyasının gənclər təşkilatının liderlərindən Sarine Abramyan bəyan edib.
Erməni daşnak bu sözləri İstanbulda keçirilən Sosialist Gənclərinin Beynəlxalq İttifaqının (IUSY) rəhbərliyinin görüşündə bildirib. Həmin görüşdə Türkiyədən Cümhuriyyət Xalq Partiyasının gənclər təşkilatı iştirak edib.
Sarine Abramyan Türkiyənin 44 günlük müharibədə Azərbaycana dəstək verməməli olduğunu bildirib.
Erməni funksioner hətta Türkiyənin xarici siyasəti ilə, xüsusən də Qarabağ məsələsində regionda sabitliyi pozduğunu söyləyib.
Bundan başqa daşnaklar Türkiyə Böyük Millət Məclisində təmsil olunan, PKK terror təşkilatının siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) gənclər təşkilatının nümayəndələri ilə Türkiyə hakimiyyətinin "azlıqlara qarşı təqib və təzyiqlərini" müzakirə ediblər.
Qeyd edək ki, görüşlə bağlı təqdim olunan fotoda CHP İstanbul millət vəkili Ünal Çeviköz gözə dəyir. Bu adam vaxtilə Azərbaycanda səfir olub. 44 günlük müharibədə isə Türkiyənin Azərbaycana dəstək göstərilməsinə qarşı çıxıb.
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 1 milyon 60 min insan tu
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Fransanın paytaxtı Parisə səfə
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıc
Fevral ayının 9-u səhər saatlarından Bakıya qar yağacağı gözlənilir.
Bülent Ersoy ötən günlərdə səhnə aldığı məkanların birində geyimi
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işl
Zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək məqsədilə bu gü
Monteneqro Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə kimi çıx�
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə iki
Mərhum Maykl Ceksonun nümayəndələri müğənninin səhmlərinin 50%-ni sata
Rejissor Ridli Skott yeni dörd dəqiqəlik filmini tamamilə smartfonla çəkib