İlham Əliyev: Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı
Siyasət 08 Fev 2023 16:06:00 271 0
Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi.
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən deyib.
Dövlət başçısı bildirib:
"Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.
Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".
Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
Ötən gündən bəri Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfi
Şərqi Timor Prezidenti Joze Ramuş-Orta bu ilin mart ayında Bakıya səfər e
Xəbər verdiyimiz kimi, bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaq
Serbiya parlamentinin deputatı Zvonimir Steviç internetdə yayılan bir videod
Tanınmış ekstrasens Zirəddin Rzayev hazırda Türkiyədə yaşanan fəlakət
Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək
İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir
""Sovetski" ətrafındakı evlər pis gündə idi. Kanalizasiya s
Xilasetmə zamanı maraqlı anlar görüntülənib.
Zəlzələ bölgəsindəkilərin ən çox ehtiyacı olan əşyalar ədyal, uşaq
Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılıb.